“Amerika imperiyası”nın sonu çatıb”
Tarix: 15.10.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Bir müddət əvvəl tanınmış jurnalist Donn Marten də ABŞ-ın gələcək tənəzzülü barədə məqalə ilə çıxış etmişdi. O yazırdı ki, Ukrayna hadisələrinə görə, Rusiyaya qarşı tətbiq edilən qadağalar vəziyyətin daha da kəskinləşməsi ilə sonuclanmaqdadır.
Bu məqamda, əgər başqa ölkələr də Putindən nümunə götürsələr, bu, Amerikanın sonu olacaq. “Amerika imperiyasının dağılması” barədə deyilənlər o qədər də yeni fikir deyil. Belə ki, ABŞ-ın sabiq dövlət katibi Colin Pauellinin dövründə aparat rəhbəri işləmiş polkovnik Lourens Uilkerson da ABŞ-ın Vilhelm və Marii Dövlət Kollecindəki mühazirəsi zamanı bu fikirləri təkrarlayıb: “Bərabərsizliyin artan səviyyəsi, maliyyə və ticarət sistemlərində yaranan problemlər, borc səviyyəsi və artmaqda olan korrupsiya - bütün bu əlamətlər “Amerika imperiyası”nın sonunun çatmasından xəbər verir”. Sabiq aparat rəhbərinin fikrincə, artıq Amerika Birləşmiş Ştatları imperiyasının dağılmasının əsas xüsusiyyətləri özünü göstərməkdədir. Uilkerson, öncə, Amerika Birləşmiş Ştatlarının kütləvi hərbi qüvvələrdən asılılığı kimi simptomları önə çəkib. Onun fikrincə, hazırda ölkə diplomatiyasının rolunu gözdən salmaq üçün daha çox daimi hazır vəziyyətdə olan böyük ordudan güc aləti kimi istifadə edilir. Dinc şəraitdə əsgər sayının azaldılmasının vacibliyini önə çəkən Uilkerson ABŞ-ın maliyyə və ticarət sistemlərində yığılmış problemləri də “Amerika imperiyası”nın süqutu üçün əsas hesab edir. Onun fikrincə, hazırda ölkənin yüksək vəzifəli rəsmiləri də ABŞ dövlətinin təsisçilərinin ideallarına inamlarını itirərək, sadəcə, müşahidəçi mövqeyində dayanıblar. Öz çıxışında ABŞ-ın hazırda çoxəsrlik tarixə malik imperiyaların dağılması yolu ilə irəlilədiyini nəzərə çatdıran sabiq aparat rəhbəri “ABŞ imperiyası”nın dağılmasına səbəb kimi, ölkədə olan bərabərsizliyi, valyuta dəyəri itkisini, korrupsiyanın böyük bir səviyyədə artmasını və borc artımını göstərib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info