Azərbaycan coğrafi vəziyyətinə görə beynəlxalq nəqliyyat sistemində mərkəzi mövqedədir
Tarix: 16.10.2015 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Dünən Tbilisidə İpək Yolu Beynəlxalq Forumu işə başlayıb. Forumda Azərbaycanın Baş nazirinin müavini Abid Şərifovun rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edir.

Gürcüstan hökumətinin təşəbbüsü, Çin hökuməti və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə keçirilən tədbirdə 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının yüksək vəzifəli şəxsləri də daxil olmaqla 1000-ə yaxın qonaq iştirak edir. Tbilisidəki Ş.Rustaveli adına Akademik Teatrda reallaşan açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, İpək Yolunun bərpasının təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropa ilə Asiyanın inkişafında mühüm rol oynayacağını bildirib. Baş nazirin müavini Abid Şərifov tədbirdə çıxış edərək deyib ki, İpək yolunun bərpası ilə əlaqədar ilk beynəlxalq forum 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilib. Bu tədbir hər bir ölkədə sülhün təmin olunmasında, əməkdaşlığın inkişafında tarixi rol oynayıb. Həmin tədbirdə bir sıra mühüm sənədlər, o cümlədən Bakı Bəyannaməsi imzalanıb və bu sənədlər İpək Yolunun bərpası istiqamətində möhkəm hüquqi baza yaradıb. Azərbaycan öz coğrafi vəziyyətinə görə beynəlxalq nəqliyyat sistemində mərkəzi mövqedədir. Nəqliyyat daşınmalarının genişlənməsi, Avropa-Qafqaz-Asiya dəhlizinə diqqətin artırılması üçün mühüm layihələr reallaşdırıb. Bildirilib ki, bu gün Prezident İlham Əliyev ölkənin nəqliyyat sektorunun inkişafına böyük diqqət göstərir. Azərbaycanda qəbul olunmuş dövlət proqramı çərçivəsində son 10 ildə nəqliyyat kompleksinin inkişafına 15 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Ötən illər ərzində Avropa-Qafqaz-Asiya dəhlizi vasitəsilə yük daşınması əhəmiyyətli dərəcədə artıb. 1995-ci ildə regional seqmentdə yük daşınması 335,0 min ton olduğu halda, son 10 ildə bu rəqəm 10-12 milyon tona çatıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Gürcüstan və Türkiyə rəhbərliyinin dəstəyi ilə çox mühüm bir layihənin - Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi həyata keçirilir. Bu layihə tam reallaşdıqdan sonra Asiyadan Avropaya yük daşınması sahəsində məsafə əsaslı dərəcədə azalacaq. Sonra Abid Şərifov Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. Forumda digər ölkələrin rəsmi şəxsləri və nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri də çıxış ediblər. Tədbir işini panel iclaslarla davam etdirib. Bu gün davam edəcək Forum çərçivəsində keçiriləcək panel iclaslarda “Ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsində İpək Yolunun yeni imkanları”, “Nəqliyyat və infrastruktur: ölkələr arasındakı ticarət dövriyyəsinə dair yeni tələblər”, “İpək Yolu boyunca ticarət dövriyyəsini gücləndirmək məqsədilə mövcud problemlərin həllində birgə əməkdaşlıq”, “İpək Yolu və energetika: kəmərlər və sərhədsiz elektrik enerjisinin ticarəti” və “Gürcüstanın investisiya imkanları” mövzularında diskussiyalar aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info