Neft Emalı Zavodu yenidən qurulacaq
Tarix: 16.10.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Dünən Bakıda birinci Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət (Baku CSR Conference-2015) üzrə konfrans keçirilib. “Davamlı inkişaf. Konsepsiya, qlobal trendlər, standartlar” adlı plenar sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, qloballaşan müasir cəmiyyətin qarşısında duran əsas hədəflərdən biri sosial-iqtisadi inkişafın yaxşılaşdırılması, ekoloji problemlərin həll olunması və gözlənilən böhranlarda qorunması məqsədilə davamlı inkişafın təmin
edilməsidir.

S.Qasımov qeyd edib ki, bu konfrans Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, ətraf mühitin qorunması və sosial məsuliyyətin artırılması məsələlərinin əsas vəzifə olduğunu bir daha ifadə edir. Bu gün neft sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi hesabına ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı inkişafı başlıca hədəf kimi götürülür. Süleyman Qasımov qeyd edib ki, SOCAR Azərbaycan Beynəlxalq Bankından alacağı 1 milyard 860 milyon manat dəyərindəki kreditin ilk tranşını yaxın günlərdə həyata keçirəcək. Həmin kreditin 1 milyard 260 milyon manatı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidənqurulmasına, qalan 600 milyon manatı isə “Bulla” və “Günəşli” yataqlarında yeni neft-qaz quyularının qazılması üçün istifadə ediləcək. İlk tranşın əldə edilməsi üçün tələb olunan sənədləşmələrin yekunlaşmaq üzrə olduğunu deyən S.Qasımov qeyd edib ki, bu məbləğdən 200 milyon manata qədəri qazma işlərinə sərf olunacaq. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidənqurulmasına isə 50-60 milyon manat istifadə ediləcək. O vurğulayıb ki, bununla bağlı artıq Nazirlər Kabinetinin müvafiq sərəncamı var və Maliyyə Nazirliyi də dövlət zəmanətçisi kimi çıxış edir. Hər iki kredit uzunmüddətlidir. Sessiyada “Kaleidoscope Futures|CSR International”ın qurucusu və direktoru Veyn Visserin “Davamlı sahələr: Biznes, liderlik və innovasiya sayəsində əsaslı dəyişikliklər” adlı məruzəsi dinlənilib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov isə “Davamlı inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda məruzə ilə çıxış edib. Birinci Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə konfrans Azərbaycanın aparıcı şirkətlərini, eləcə də dövlət və qeyri-dövlət təşkilatlarını bir araya gətirərək, bu sahədə yerli və xarici təcrübəni öyrənməyə böyük imkanlar yaradır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info