Bu il Azərbaycanda 1970 əkiz uşaq dünyaya göz açıb
Tarix: 16.10.2015 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Bu il Azərbaycanda 1970 əkiz, 63 üçəm uşaq dünyaya göz açıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il yanvar-avqust ayları ərzində Azərbaycanda 109,0 min körpə dünyaya göz açıb. Əhalinin hər 1000 nəfər hesabı ilə bu göstərici 17,2-dir. Doğulan körpələrin 53,2 faizini oğlanlar, 46,8 faizini qızlar təşkil edib.
Komitənin məlumatına görə, Azərbaycanda bu il əhalinin sayı 73 min nəfər və 0,8 faiz artaraq 9 milyon 666 min nəfərə çatıb.
Bu il sentyabrın 1-ə olan məlumata əsasən, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir.
Hazırda hər 1000 nəfər kişiyə 1009 qadın düşür. Əhalinin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir.
Bu ilin 8 ayı ərzində Azərbaycanda 37,2 min ölüm halı qeydə alınıb. Ötən ilin müvafıq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə qalıb.
Bu il 43,9 min nikah qeydə alınıb. Bu ilin müvafiq dövrü ərzində ölkədə rəsmi orqanlar tərəfindən 8,6 min boşanma halı qeydə alınıb. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,4-dən 1,3-ə qədər azalıb.
Bu ilin 8 ayı ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili işlər Nazirliyinin müvafıq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1808 nəfər gələn və 688 nəfər ölkədən gedən qeydə alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info