Rusiyanın raket atışlarına görə Almatı-Bakı aviareysinin uçuş marşrutu dəyişib
Tarix: 16.10.2015 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı aviareysinin uçuş marşrutunu dəyişib.
"Almatı TV“-nin verdiyi məlumata görə, buna səbəb Rusiya hərbi gəmilərinin raketləri Xəzər dənizindən atmasıdır.
Yaxın vaxtlarda Almatı-Tiflis və Almatı-İstanbul aviareyslərinin uçuş marşrutları da dəyişə bilər. Təyyarələr aviareysləri Xəzər dənizinin üzərindən keçməməklə həyata keçirəcək. Hazırda “Air Astana” Rusiya tərəfindən müvafiq icazəni gözləyir. Çünki nəzərdə tutulan marşrutlar məhz Rusiya ərazisindən keçəcək.
“Air Astana” aviaşirkətinin verdiyi məlumata görə, dəyişiklik nəticəsində Almatıdan Bakıya uçuşun müddəti 15 dəqiqə artacaq. Yəni əvvəlki 3 saat 25 dəqiqə əvəzinə aviareysin yerinə yetirilməsi üçün 3 saat 40 dəqiqə vaxt sərf olunacaq. Yanacaq sərfiyyatı da artacaq, lakin bu, aviabiletlərin qiymətinə təsir göstərməyəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Mülki Aviasiya AdministrasiyasıAzərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət olmadığı barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info