Müstəqillik xalqımızın tarixi nailiyyətidir
Tarix: 16.10.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


“Naxçıvan” Universitetinin “Pedaqoji” və “Xarici dillər” fakültələrinin iştirakı ilə 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilib. Tədbiri giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru,tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açıb. Bildilirilib ki, XX əsrdə xalqımız iki dəfə öz dövlət müstəqilliyini elan etsə də, əsrin əvəllərində bu müstəqilliyi qoruyub saxlamaq mümkün olmamışdı.Nəhayət 1990-91-ci illərdə Sovetlər Birliyinin süquta uğradığı zaman yaranan tarixi şərait nəticəsində Azərbaycan xalqı ikinci dəfə öz müstəqillik bayrağını qaldırdı. Həmin illərdə Naxçıvanda yaşayıb fəaliyyət götərən xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan xalqına azadlıq, müstəqillik uğrunda mübarizədə hər zaman düzgün yol göstərir, bu yolda sonacan mübariz olmağa çağırırdı. Lakin müstəqilliyin qorunması, onun əldə edilməsindən çətin oldu. Həmin dövrdə torpaqlarımızın 20 faizi işğal edildi, bir milyondan çox soydaşımız yurd yerindən didrəgin düşdü.Bütün bunlar azmış kimi hələ ölkədə vətəndaş müharibəsi də alovlanmaqda idi.Belə olduqda xalq Heydər Əliyev kimi dahi şəxsiyyətin Bakıya siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Məhz dahi şəxsiyyətin fəaliyyəti nəticəsində xalqımız həqiqi müstəqilliyə qovuşdu.
Tədbirdə universitetin tarix kafedrasının müəllimi Arzu Abdullayevin və xarici dillər fakültəsinin tələbəsi Fəridə Əhmədovanın mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda tələbələr vətənimizə, müstəqilliyimizə həsr edilmiş şeirləri bədii qiraət edib, “Müstəqillik günü” mövzusunda videoçarx nümayiş etdirilib.
Nuray ƏSGƏROVA




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
AQTA Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub
28.01.2020
Bakı-Sumqayıt yolunun genişləndirilməsi iyuna qədər başa çatacaq
28.01.2020
Yasamalda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28.01.2020
DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
27.01.2020
Xəstəliklərin qeydə alındığı ölkələrdən Azərbaycana diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info