ADNSU-da müəllimlər and içdilər
Tarix: 16.10.2015 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Dövlət Nüft və Sənaye Universitetinin “Heydər Əliyev” lektoriyasında daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib. Tədbirdə Tədris işləri üzrə prorektor, professor Vaqif Qurbanov, Tərbiyə işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Kadrlar şöbəsinin rəisi İlduzə Hüseynova, eləcə işə qəbul olunanların kafedra rəhbərləri iştrak ediblər. Mərasimi Vaqif Qurbanov açıb. Müəllim peşəsinin çətin və şərəfli olduğunu qeyd edən Vaqif müəllim yeni işə qəbul edilmiş müəllimləri təbrik edərək, onlara uğurlar diləyib. ADNSU-nun 11 nəfər əməkdaşı Azərbaycan Respublikasının Konstiutsiyasına əl basaraq and içiblər:
“Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”.
Andiçmədə iştirak edən Samirə Abbasova və Malik Abdullayev Neft yataqlarının işlənməsi və istismarı kafedrasına dosent, Qafar İsmayılov Neftin, qazın nəqli və saxlanması kafedrsına professor, Dürdanə Şirinova Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası kafedrasına dosent, Samirə Xanəhmədova Elektrik avadanlıqları və sənaye qurğularının avtomatlaşdırılması texnikası kafedrasına assistent, Akif Xıdırov İnformasiya-ölçmə və kompüter texnikası kafedrasına dosent, Timur Əliyev İnformasiya-ölçmə və kompüter texnikası kafedrasına assistent, Məhbubə Kərimova və Züleyxa Əzizova Ali riyaziyyat kafedrasına assistent, Mahirə Əliyeva Fizika kafedrasına professor, Səbinə Zülfüqarova Xarici dillər kafedrasına müəllim təyin edildilər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info