MDB dövlət başçıları 16 sənəd imzalayıblar
Tarix: 16.10.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


MDB dövlət başçıları Qazaxıstandakı sammitin yekunları üzrə beynəlxalq terrorizmlə mübarizə barədə bəyanat və 2020-ci ilədək Birliyin iştirakçı ölkələrinin hərbi əməkdaşlığı konsepsiyasını qəbul ediblər. TASS-ın verdiyi məlumata görə, bu iki sənəd daxil olmaqla digər 14 sənəd MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında imzalanıb.
BMT-nin yaradılmasının 70 illiyi münasibətilə bəyanat, "Çernobıl" AES-də qəzanın baş verməsinin 30 illiyi ilə əlaqədar müraciət qəbul olunub.
Bundan başqa, xarici sərhədlərdə böhran vəziyyətlərinin nizamlanması üçün sərhədyanı və digər qurumlar üzrə qruplaşmaların formalaşdırılması barədə qərar, 2016-2020-ci illər üçün xarici sərhədlərdə sərhədyanı təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı Proqram qəbul edilib.
Bir sıra sənədlər isə hüquq-mühafizə fəaliyyəti sahəsində kooperasiyaya həsr edilib.
MDB sədrliyinin 2016-cı ildə Qazaxıstandan Qırğızıstana keçməsi rəsmiləşdirilib. MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il sentyabrın 16-da Qırğızıstanda keçirilməsi qərara alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info