Rəsulzadə Bələdiyyəsi məktəblilər üçün “Şəhər turu” təşkil edib
Tarix: 16.10.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə əlaqədar M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 30, 99, 100, 115, 143 saylı tam orta məktəblərin 7-8-ci sinif şagirdləri üçün Bakı şəhərinin mədəni irsinin təbliğ olunması məqsədilə “Şəhər turu” təşkil olunub.
“Şəhər turu”nda M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələləri daimi komissiyasının sədri Jalə Tofiqqızı, Yerli ekologiya məsələləri daimi komissiyasının sədri Şaiq Qəhrəmanov, Yerli büdcə məsələləri daimi komissiyasının üzvü Günel Vahabzadə, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən beş tam orta məktəblərin 50-dən çox müəllim və şagird heyəti iştirak edib.
Əvvəlcə şagirdlərə məlumat verilmişdir ki, dərin köklərə malik dövlətçiliyimizdə mühüm yer tutan 18 oktyabr günü Azərbaycanın tarix salnaməsinə xalqımızın milli azadlığını, müstəqilliyini əldə etdiyi möhtəşəm hadisə kimi daxil olub. Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etmişdir. Müstəqilliyin əvəzsiz 1 nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.
"Şəhər turu" marşrutunun uzunluğu 23 km., turun müddəti isə 2 saat təşkil etmişdir. "Şəhər turu"nun marşrut xətti 15 dayanacaq nöqtəsini əhatə edib. Bunlar Azadlıq meydanı; Heydər Əliyev Mərkəzi; Müasir İncəsənət Muzeyi; Qız qalası; "Four Seasons" mehmanxanası, "İçərişəhər" metro stansiyası; Alov qüllələri; Dağüstü Park; "Bəhram Gur" heykəli; Azərbaycan Dövlət Bayrağı Meydanı; "Panorama" əyləncə çarxı; "Azneft" Meydanı; Kukla teatrı; Muzey Mərkəzidir. Şagirdlər avtobusda qulaqcıqlar vasitəsilə audiobələdçi sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə əyani şəkildə tanış olmuş və aidiyyəti məlumatları əldə ediblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info