Pensiya sisteminin maliyyə dayanıqlılığı müzakirə edilib
Tarix: 16.10.2015 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunda TAİEX proqramı çərçivəsində “Pensiya Təminatı Sisteminin Maliyyə Dayanıqlığının Qiymətləndirilməsi” mövzusunda Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyinin (AFETI) ekspertlərinin iştirakı ilə təqdimat-seminar keçirilib.
Tədbir iştirakçılarını salamlayan Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb və Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artmışdır. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2015-ci ildə 5,1%-ə çatıb.
Zakir Babayev vurğulayıb ki, bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunmaqdadır. Azərbaycanda isə vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib.
Bununla yanaşı, qlobal çağırışlar və beynəlxalq tendensiyalar pensiya sisteminin maliyyə dayanıqlığının uzunmüddətli dövrdə təmin olunmasını zəruri edir. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun qlobal iqtisadi mühitdən yaranan riskləri və daxili inkişaf çağırışlarını qarşılamaq üçün kifayət qədər çevik strategiyaya malik olması əsas hədəfdir. Göstərilənlərlə bağlı sistemin maliyyə modelinin təkmilləşdiriməsi və risklərin çevik idarə olunmasının gücləndirilməsinə xidmət edən müxtəlif ssenarilər üzrə təhlillərin aparılması, simulyasiyaların verilməsi kimi alətlər tətbiq olunur. Səriştəli beynəlxalq ekspertlər cəlb olunmaqla müxtəlif layihələr vasitəsilə Fondun bu sahədəki potensialının gücləndirilməsi məqsədilə çoxşaxəli fəaliyyətə start verildiyini diqqətə çatdıran Z.Babayev növbəti belə layihə kimi TAİEX proqramı çərçivəsində Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyi (AFETI) ilə birgə görülən işlər barədə iştirakçıları məlumatlandırıb.
Tədbirdə çıxış edən Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyinin (AFETI) nümayəndəsi Andrey Tretyak hazırda qlobal miqyasda pensiya sistemlərinin fəaliyyətində meydana çıxan ciddi çətinliklərdən bəhs edərək bu sahədə mövcud problemlərin həllinə yönələn islahatların beynəlxalq inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. Qlobal çağırışlar fonunda ölkəmizdə bu sahədə mühüm vəzifələrin icrasını hədəfləyən və növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nı yüksək qiymətləndirən ekspert sənədin Azərbaycanın pensiya sisteminin daim yenilənən müasir tələblərə və beynəlxalq inkişaf trendlərinə uyğunlaşdırılması və preventiv islahat tədbirlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb.

Daha sonra agentliyin digər nümayəndəsi, beynəlxalq ekspert, Fransa Əmanət Pensiya Fondunun sabiq rəhbəri François Durin qlobal iqtisadi proseslər fonunda sığorta-pensiya sistemlərində maliyyə dayanıqlığı mövzusunda təqdimatla çıxış edib. Ekspert öz çıxışında Azərbaycanda sığorta-pensiya sistemində yüksək dayanıqlıq potensialının yaradılması və sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunması üçün reallaşdırılan tədbirlərin mühüm əhəmiyyətindən bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info