Ölkəmiz “ITU Telecom World 2015”-də yüksək səviyyədə təmsil olunub
Tarix: 16.10.2015 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Macarıstanın baş naziri ilk olaraq Azərbaycanın Milli İKT Pavilyonuna baş çəkib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılığı ilə Azərbaycanın, İKT sahəsində fəaliyyət göstərən 20-ə yaxın milli şirkəti, o cümlədən özəl, dövlət və qeyri-hökumət təşkilatları, eyni zamanda “start-up” qruplarının üzvlərindən ibarət ümumilikdə 40 nəfərlik nümayəndə heyəti “ITU Telecom World 2015” Beynəlxalq Telekommunikasiya Sərgi-konfransında iştirak etmək məqsədilə Macarıstanın Budapeşt şəhərində səfərdə olub.
“ITU Telecom World 2015” çərçivəsində təşkil olunan tədbirlərə Macarıstanın baş naziri Viktor Orban, çoxsaylı ölkələrdən sahə üzrə nazirlər, aparıcı İKT şirkətləri, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri, “start-up”- çılar qatılıblar. Sərgidə Azərbaycan Milli İKT Pavilyonu təşkil edilib. “ITU Telecom World 2015” Beynəlxalq Telekommunikasiya Sərgi-konfransının açılış mərasimindən sonra təşkil olunan “VIP Tur” zamanı Macarıstanın baş naziri və ali qonaqlar ilk olaraq Azərbaycanın Milli İKT Pavilyonu, daha sonra isə digər ölkələrin pavilyonları ilə yaxından tanış olublar.
Həmçinin tədbirin mövzusuna uyğun olaraq, ölkəmizin ən yaxşı “start-up”ları “ITU Telecom World 2015” çərçivəsində keçirilən müsabiqələrə qatılıblar.
“Hökumət və Kiçik-Orta Sahibkarlıq dialoqu” adlı sessiyada və eyni gündə 15 nazirin iştirakı ilə təşkil olunan “Nazirlər toplantısında” nazir Əli Abbasov panelçi kimi çıxış edib və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələr barədə ətraflı məlumat verib. Daha sonra təşkilatçıların müraciəti ilə Azərbaycan nümayəndə heyəti adından tədbiri işıqlandıran “Blumberg” telekanalına müsahibə verib.
Səfər çərçivəsində nazir Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi, Dünya Bankının İKT üzrə Baş direktoru, Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Baş katibi, həmçinin Macarıstan, Rusiya, Pakistan, İran, Əfqanıstan, Myanmar, Banqladeş və Serbiyanın sahə üzrə nazirləri, dünyanın məşhur “Intel” və “Huawei şirkətlərinin vitse-prezidentləri, o cümlədən Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşunda maraqlı olan macarıstanlı iş adamları ilə ikitərəfli görüşlər keçirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info