Rusiya İstintaq Komitəsinin sədri BDU-da mühazirə oxuyub
Tarix: 16.10.2015 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki, Rusiyanın «Əməkdar hüquqşünası», professor Aleksandr Bastrıkinin Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim və tələbə heyəti ilə görüşü keçirilib.
BDU-dan verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov görkəmli dövlət xadimi Adeksandr Bastrıkinin yenidən universitetə gəlişini yüksək qiymətləndirib, bu görüşün universitet kollektivi, xüsusən tələbələr üçün əhəmiyyətli olacağını bildirib. O, Aleksandr Bastrıkin və Azərbaycanın baş prokuroru Zakir Qaralovtərəfindən imzalanmış “Əməkdaşlıq haqqında” sazişdən danışaraq bunun ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə təsir edəcəyini deyib. Rektor A.Bastrikinin dövlət və hüququn müxtəlif sahələri ilə bağlı 120-dən artıq elmi əsərin müəllifi olduğunu və təcrübəsini tədbirdə iştirak edən gənclər və tələbələrlə bölüşməsinin faydalı olacağına əminliyini ifadə edib.
Daha sonra qonağın əvvəlki illərdə BDU-da olduğunu əks etdirən qısa video-rolik nümayiş etdirilib.
Hüquq fakültəsinin Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimov A.Bastrıkinin tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti ilə bağlı çıxış edib.
Sonra professor Aleksandr Bastrıkin "Rusiya Federasiyası İstintaq Komitəsinin müasir mərhələdə fəaliyyəti haqqında: əsas suallar, problemlər və onların həlli yolları. Beynəlxalq əməkdaşlıq. Hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması" mövzusunda məruzə edib və hüquq fakültəsi tələbələri və müəllimlərinin çoxsaylı suallarını cavablandırıb.
Sonda Aleksandr Bastrıkin rektor Abel Məhərrəmovu Rusiya Federasiyası İstintaq Komitəsinin xatirə medalı ilə təltif edib.
Qeyd edək ki, görüşdə Baş prokurorun 1-ci müavini Rüstəm Usubov, Rusiya Federasiyasının İstintaq Komitəsinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi Oleq Mixaylov, Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisləri - Kamal Qılıcov, Erkin Əlixanov, o cümlədən professor İlham Rəhimov da iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info