Leyla Əliyevanın təşəbbüsü ilə qadınlar üçün ödənişsiz müayinə təşkil edilib
Tarix: 16.10.2015 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvadakı "İntelmed" klinikasında “Süd vəzi xərçəngi profilaktikası” xeyriyyə proqramı çərçivəsində qadınlar üçün ödənişsiz mamoqrafiya müayinəsi təşkil edilib.
Tədbir Ümumdünya Səhiyyə Təşkilatı və Seçenev adına birinci Moskva Dövlət Tibb Universiteti ilə birgə keçirilib.
Proqram çərçivəsində "İntelmed" klinikasında 100 dən çox qadın müayinədən keçib.
AMOR İdarə heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev bildirib ki, AMOR rəhbəri L. Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyada əsas məqsəd mövcud xəstəliyin simptomları haqda qadınları məlumatlandırmaq və müalicənin yeni metodlarını axtarmaqdır: "Bir il ərzində bu aksiya Rusiyanın bir neçə regionlarında təşkil olunacaq. Moskvadan sonra bu aksiyanı Nijni-Novqorod və Kazan şəhərlərində keçirməyi planlaşdırırıq. Ümumilikdə xeyriyyə aksiyası çərçivəsində 400-dən çox qadının müayinəsi planlaşdırılır".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 1992-ci ildən etibarən hər il süd vəzi xərçənginə qarşı kampaniya həyata keçirir. AMOR isə artıq dəfələrlə bu nüfuzlu təşkilatla birgə Rusiyada ödənişsiz müayinə və humanitar aksiyalar təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info