“ Məhkəmə qanunun aliliyinin Ermənistanın siyasi spekulyasiyaları üzərində təntənəsini nümayiş etdirdi”
Tarix: 16.10.2015 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


“Avropa İnsan Hüquqları Məhkəməsinin qondarma "erməni soyqırımı"nın inkarının söz azadlığı çərçivəsinə sığmadığını və qanunla cəzalandırıla bilinməyəcəyini tanıması məhkəmənin qərəzsizliyinə inamı möhkəmləndirdi”. Bunu “Trend”ə Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriu deyib.
A.Qriqoriu bildirib ki, bu qərar bütün dünyaya nümayiş etdirib ki, Avropa Məhkəməsində ikili standartlara yer yoxdur. Bu qərar dünyada erməni lobbisinin mövqeyini hələ zəiflətməyib. Lakin qərarın Türkiyə və bütün dünya üçün böyük əhəmiyyəti var.
A.Qriqoriu qeyd edib ki, Avropa Məhkəməsinin qərarı İnsan Haqları Konvensiyası və qanunun aliliyinin siyasi spekulyasiyalar və yalan üzərində təntənəsini nümayiş etdirdi.
Qeyd edək ki, ötən gün Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük palatası qondarma "erməni soyqırımı"nın inkarının söz azadlığı çərçivəsinə sığmadığını və qanunla cəzalandırıla bilinməyəcəyini tanıyıb.
Bununla yanaşı, hakimlərdən 7-si əleyhinə olmaqla 10-u İsveçrə məhkəməsi tərəfindən Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçekin "erməni soyqırımı" böyük yalandır" ifadəsi ilə bağlı irqi diskriminasiyaya görə, ittiham edilməsinin yolverilməz olduğunu tanıyıb.
2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq onun barəsində 90 günlük şərti həbs cəzasının verilməsi və 3000 İsveçrə frankı cərimə (2,5 min dollar) ödəməsinə dair qərar qəbul etmişdi.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info