“Lisenziyaların sektoral olmasını təklif edirik”
Tarix: 16.10.2015 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Lisenziyaların “ASAN xidmət” tərəfindən verilməsinə imkan yaradılmasına ehtiyac var”

Xəbər verildiyi kimi, bu günlərdə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Prezident İlham Əliyev bu iclasda bir çox məsələlərlə bağlı fikirlərini və iradlarını bildirdi. Həmçinin, Prezident tərəfindən hökumət qarşısında qoyulan tapşırıqlar sırasında biznes mühitinin daha da yaxşılaşdırılması üçün konkret müddəalar səsləndirildi. Bu isə deməyə əsas verir ki, biznes mühitini daha da yaxşılaşdırmaq üçün çox ciddi addımlar atılacağı gözlənilir. Çünki hökumət qarşısında bu barədə qəti tapşırıqlar qoyulub və konkret neqativ halların aradan qaldırılması tələb edilir. Bu çatışmazlıqlar arasında sahibkarlıq və biznes sahəsində yoxlamaların həddindən artıq olmasını göstərmək olar. Belə ki, sözügedən sahədə yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-birilərilə rəqabətə çıxıblar. Məsələn, bir nazirliyin bir neçə qurumu bu baxımdan eyni funksiyanı yerinə yetirir və bir-birilərini təkrarlayırlar. Yaxud ayrı-ayrı nazirlik və ya komitələr eyni sahədə yoxlamalar keçirməklə, bir-birilərini təkrarlayırlar ki, bu da sözügedən sahədə qarşılıqlı maneçiliyə səbəb olur, biznes strukturlarına əlavə bürokratik əngəllər yaradır. Bundan başqa, yoxlamaların tənzimlənmə mexanizminin işlənməməsi, bu sahədə qeyri-müəyyənliklərin nəzərə çarpması da işin ümumi gedişinə əngəl törədən amillər sırasındadır. Eləcə də, yerli icra hakimiyyəti, hüquq mühafizə orqanlarının da sahibkarlıq subyektlərinə yersiz müdaxilələrə yol verməməsi məqsədəuyğun olardı. Çünki
sahibkar əminliklə işləməli, bu cür qurumların heç birinə borclu olmadığını tam dərk etməli və ancaq dövlətin vergisini vaxtında verməklə bağlı məsuliyyətini hiss etməlidir.
Bundan başqa qaldırılan məsələlər sırasında lisenziyaların sayının kəskin şəkildə azaldılması da var. Belə ki, lisenziyaların verilməsindən sui-istifadə edilməməli, onlar qanunsuz varlanma metodu olmamalıdır. Bütün bunlara görə də hansı lisenziyaların əsaslı, hansınınsaa artıq və əsassız olması ilə bağlı konkret təkliflər verilməkli, qərar çıxarılmalıdır. Bununla da lüzumsuz lisenziyaların sayı kəskin şəkildə azalmış olacaq.
Onu da qeyd edək ki, sözügedən sahədə hökumət qarşısında qoyulan tapşırıqların icrası ilə bağlı əməli işlərə artıq başlanılıb. Prezidentin bu sahədə qarşıya qoyduğu qəti tapşırıq və vəzifələrdən nəticə çıxaran dövlət qurumları konkret tədbir və islahatlara getməkdədirlər. Bu baxımdan ilk tədbir görən dövlət qurumu kimi İqtisadiyyat və Sənaye Nazirliyi qeyd edilə bilər. Belə ki, nazirlik yoxlamaları dayandırığını bildirib. İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclasında insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb. Bundan başqa, Prezidentin biznes mühitinin daha da yaxşılaşdırılması barədə verdiyi tapşırıqların icrası olaraq, nazirliyin geniş kollegiya iclasında nazirlik tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb. Bununla yanaşı, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq, sayının azaldılması barədə ən qısa zamanda təkliflərin hazırlanması barədə qərar qəbul edilib.
Göründüyü kimi, sahibkarlığa və biznes mühitinə yaradılan şəraitin daha da münbitləşdirilməsi üçün konkret tədbirlər və islahatlar artıq başlayıb və bunlar digər dövlət qurumları tərəfindən də davam etdiriləcək. Nəticədə, sahibkarlığın, özəl sektorun inkişafında hələ də rast gəlinən süni maneələrin tamamilə aradan qaldırılması təmin ediləcək.

“Prezident son çıxışı ilə bir daha təsdiq edib ki, sahibkarların yanındadır. Çünki cənab Prezident həm bu gün sahibkarların üzləşdikləri problemlərlə bağlı kifayət qədər məlumatlıdır, həm də sahibkarların üzləşdikləri problemlərin həlli, vəziyyətin yaxşılaşdırılması ilə bağlı siyasi iradə ortaya qoyub”

Bunu isə ilk növbədə, dövlətin və ölkə başçısının Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə bağlı qəti iradəsi təmin etmiş olacaq və sahibkarlığa əngəl yaradan qurumlar müvafiq şəkildə cəzalandırılacaq.
Bu barədə bizimlə fikirlərini bölüşən iqtisadçı alim Vüqar Bayramov belə qeyd etdi: “Prezident son çıxışı ilə bir daha təsdiq edib ki, sahibkarların yanındadır. Çünki cənab Prezident həm bu gün sahibkarların üzləşdikləri problemlərlə bağlı kifayət qədər məlumatlıdır, həm də sahibkarların üzləşdikləri problemlərin həlli, vəziyyətin yaxşılaşdırılması ilə bağlı siyasi iradə ortaya qoyub. Prezidentin tapşırıqları içərisində vacib məqamlardan biri də lisenziyaların sayında artımla əlaqədardır. Monitorinqlər göstərir ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurlar. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var. Lisenziyaların sektoral olmasını təklif edirik. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurlar. Təbii ki, buna ehtiyac yoxdur. Sektoral sistemin tətbiqi iman verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imkanları əldə etsin. Lisenziyaların verilməsi prosedurunun asanlaşdırılması və lisenziyaların “ASAN xidmət” tərəfindən verilməsinə imkan yaradılmasına ehtiyac var. Bu, bürokratiyanın qarşısını alacaq, imkan verəcək ki, sahibkar əlavə xərc ödəmədən lisenziya ala bilsin. Təklif edirik ki, lisenziyaların azaldılması ilə yanaşı, eyni zamanda lombard fəaliyyəti Azərbaycanda lisenziyalaşdıırlsın. Lombardlar vasitəsilə aldadılan insanların sayında artım olduğuna görə, bu fəaliyyətə Azərbaycan Mərkəzi Bankı tərəfindən nəzarət olunması vacibdir. Lombardlar vasitəsilə aldadılan vətəndaşların sayında artım müşahidə edilir. Buna görə, AMB tərəfindən bu fəaliyyətə nəzarətin gücləndirilməsinə ehtiyac var. Bu məqsədlə bu sahənin lisenziyalaşdırılmasını təklif edirik. Ümumiyyətlə, istər lisenziyalaşma sistemi, istər də digər problemlərin həlli birbaşa elektronlaşma ilə bağlıdır”.
Ekspertə görə, bütövlükdə Prezidentin çıxışını sahibkarlığın inkişafında yeni bir mərhələnin anonsu kimi qiymətləndirmək mümkündür.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info