Ceyhun Osmanlı: “Artıq Azərbaycan kosmik klubun üzvü olan az sayda ölkələrdən biridir”
Tarix: 08.02.2013 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması Azərbaycan ictimaiyyəti tərəfindən böyük hadisə kimi dəyərləndirilir. Cəmiyyət bu xəbərin sevincini yaşayır. Eyni zamanda da sosial şəbəkələrdə Azərbaycan ictimaiyyətinin nümayəndələri bununla bağlı müsbət emosiyalarını ifadə edirlər. Qeyd edək ki, millət vəkili Ceyhun Osmanlı da şəxsi “Facebook” profilində günün ən aktual mövzusuna toxunub. Belə ki, millət vəkili öz “Facebook” statusuna sözləri Teymur Elçinin, musiqisi Fikrət Əmirovun olan “Uçdu göylərə bizim peykimiz” mahnısının sözləri ilə başlayıb. Millət vəkili bundan başqa bildirib ki, bu sözləri yəqin ki, 20 yaşdan yuxarı azərbaycanlılar əzbər bilir: “Qaqarin və ondan sonrakı sovetlər dövrünün “kosmos nəsli” arasında, hətta bu nailiyyətlərə imza atan alimlər arasında azərbaycanlılar da var idi.
Amma bütün bu uğurlar sovet bayrağı altında həyata keçirilirdi və Rusiya Federasiyasının özünü Sovet İttifaqının varisi elan etməsindən sonra ruslar deməyə başladı ki, elə bu iş onların uğuru idi. Amma azərbaycanlılar bu nəğməni və “Sehrli xalat” filmindən də göründüyü kimi, Rəşidin gələcəyə getmək xəyalını unutmadı. Uca Allah isə heç bir zaman nəsib etməyəcəyi bir şeyin xəyalını qurdurmaz və ya necə deyərlər, niyyətin hara, mənzilin ora. Və bu xəyalımız da gerçəkləşdi.
Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı. Həm də bu prosesin idarəçiliyi əksəriyyəti azərbaycanlılardan formalaşan bir qrup tərəfindən həyata keçirildi. Artıq Azərbaycan kosmik klubun üzvü olan az sayda ölkələrdən biridir və bayrağımız ən yüksək zirvələri fəth edir.
Amma Qaqarini də unutmaq olmaz. Məsələn, Şəkidə olanlar bilir ki, orada ən yaxşı piti restoranlarından biri Qaqarinin adınadır”.
Millət vəkili onu da bildirib ki, peyk vasitəsilə yüksək sürətli internetə və TV-lərimizin keyfiyyətli yayımına nail olunacaq: “Biz isə “Azerspace 1”, “Azerspace 2” və s. kosmik uğurlara imza atan böyük vizyon sahibi insanlarımızdan yeni uğurlar gözləyirik. İlkin olaraq yəqin ki, ölkəmizin hər bir guşəsində yüksək sürətli internet və TV-lərimizdə keyfiyyətli görüntü bu peyk vasitəsilə nəsibimiz olacaq.
Təbriklər və təşəkkürlər, Azərbaycan! Təbriklər və təşəkkürlər, cənab Prezident!”.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info