Qriqorçuk Ukrayna millisini çalışdıra bilər
Tarix: 17.10.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna millisini çalışdıra bilər. Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.
Bildirilir ki, millinin hazırkı çalışdırıcısı Mixail Fomenko istefaya göndəriləcək. “Pley-off”a çıxan Ukrayna yığması “Avro-2016”-nın final mərhələsinə vəsiqə qazana bilməsə, Fomenko ilə yollar ayrılacaq. Hətta Ukrayna yığması Avropa çempionatına vəsiqə qazanacağı halda da Fomenko yığmada qalmayacaq. O, Avropa çempionatı başa çatandan sonra millidən gedəcək. Fomenkonun bir nömrəli əvəzləyicisi isə “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçukdur. Yerli mətbuat Qriqorçukun federasiya rəhbərliyi ilə danışıqlar üçün dekabrda Ukraynaya gedəcəyini də yazıb. O da qeyd olunub ki, Qriqorçukla razılıq əldə olunmasa, Andrey Şevçenko ilə danışıqlar aparılacaq. Qeyd edək ki, Roman Qriqorçuk Ukraynada "Çernomorets"dəki uğurlu nəticələri ilə tanınır. O, bu komandanı Avropa Liqasının 1/16 finalına yüksəltməyi bacarıb. Ötən il ölkəmizə gələn Qriqorçuk “Qəbələ”də də uğurlu fəaliyyəti ilə yadda qalır. Ölkə çempionatında bürünc medalı qazanan “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info