“Britaniyalılar Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatları dəstəkləyir”
Tarix: 17.10.2015 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


ABŞ-ın pilotsuz hava vasitələrindən səmərəsiz istifadəsinin qurbanları günahsız mülki insanlar olur
Bu günlərdə sosial şəbəkələrdə ABŞ-ın bir sıra hərbi əməliyyatlarda iştirakını təsdiq edən gizli sənədlər toplusu nəşr edilib. ABŞ-ın hərbi əməliyyatlar zamanı pilotsuz hava vasitələrinin xidmətindən səmərəsiz istifadə etməsi ilə bağlı faktlar üzə çıxıb.
Tapılan sənəddə ABŞ-ın Əfqanıstan, Yəmən və Somalidə apardığı əməliyytlar zamanı istifadə etdiyi pilotsuz ucan aparatların mülki əhali arasında ciddi insan itkilərinə səbəb olması statistik rəqəmlərlə verilib. Bu hücumlar zamanı pilotsuz hava vasitələrinin hədəfləri seçim prinsipləri təsvir edilib. Bu prinsipə görə, şaquli komanda təsiri ilə əlaqədar qərar qəbuletmə prosesi məhz ABŞ prezidenti Barak Obamaya aiddir. Qeyd edilməlidir ki, sənədlər 2013-cü il tarixlidir. Sənədi “The Intercept” saytına yerləşdirilən müəlliflərin etirafına görə, rəsmi sənədləri Pentaqonun rəsmi şəxsləri vasitəsilə əldə ediblər. Müəlliflərin iddialarına görə, ABŞ hədəfləri seçərkən daha çox pilotsuz hava vasitələrinin əldə etdiyi qeyri-dəqiq məlumatlara əsaslanırmış. Bu da sonda günahsız insanların ölümü ilə sonuclanır. Sənədə əsaslanan müəlliflər müqayisə üçün qeyd edirlər ki, 2012-ci ilin yanvarından, 2013-cü ilin fevral ayınadək ABŞ-ın Əfqanıstanda apardığı hərbi kampaniya zamanı ölən 200 nəfərdən çox insanın yalnız 35 nəfəri ölkə üçün təhlükə yaradan ekstremist qrupların nümayəndələri olub. Xatırladaq ki, Ağ Ev bu müddət ərzində günahsız qurbanlarının sayını azaltmağa çalışdığı üçün pilotsuz hava vasitələrinin xidmətindən yararlanmayacağı bərədə bir dəfə də olsun şərh verməyib. Bu arada İngiltərənin “Daily Express” tabloidi maraqlı bir sorğu keçirib. Keçirilən sorğuya görə, ölkə əhalisinin 70 faizdən çoxu Rusiyanın Suriyada apardığı əməliyyatlara dəstək nümayiş etdirib. Aparılan araşdırmalara görə, Suriyada “İŞİD”-ə qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya ilə Rusiya arasında artan gərginliyə baxmayaraq, Böyük Britaniya sakinlərinin 71 faizi Rusiya təyyarələrinin terrorçulara qarşı apardığı mübarizəyə müsbət yanaşaraq, hərbi əməliyyatları dəstəkləyir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info