“Latviyada komanda olaraq çalışırıq”
Tarix: 17.10.2015 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Rizvan Məmmədov: “2 ildir prodüserlik haqqında kitab üzərində işləyirəm”

Xaricdə təhsil alan gənclərimizin vətənə gəlib öz bilik və təcrübələrini tətbiq etməsi müxtəlif sahələrin inkişafında müsbət rol oynayır. Müsahibimiz Rizvan Məmmədovu bu baxımdan misal çəkmək olar. Qeyd edək ki, R.Məmmədov 1980-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kütləvi tədbirlər və dram rejissoru fakültəsini bitirib. Sonra Riqada Riseba Universitetinin Menecerlik fakültəsinin magistri olub. Artıq 16 ildir televiziya sahəsində çalışır. Öncə televiziyalarda prodüser kimi, sonralar efir rejissoru kimi çalışıb. Arada Azərbaycanda bəzi müğənnilərin prodüseri olub. Hal-hazırda R.Məmmədov fotoqraf Rüfət Əliyev tərəfində Bakıda yaradılan Foto Məktəbində gənclərə prodüserlik dərsləri deyir.
-Necə oldu ki, Latviyaya üz tutmalı oldunuz?
-Latviyaya gedişim illər öncəyə təsadüf edir. Bir dostumun mənə “Latviyaya gedərsən” deməyi, əslində, məni düşündürdü. Ora bir Avropa ölkəsi olduğundan, ilk anda çəkindim: tanımadığım bir ölkəyə gedəcəyimdən deyil, sadəcə, heç kimsəyi tanımadığımdan, nədən başlayacağımdan bir az çəkindim. Amma prodüser olaraq düşündüm ki, insanlarla ünsiyyəti bacardığımdan çətinlik çəkmərəm.
-Professional prodüser olmaq üçün insandan əsas nə tələb olunur?
-Əslində, Bakıda yaşadığım vaxtlarda düşünürdüm ki, prodüser olmağa nə var ki. Latviyaya gədəndən sonra öyrəndim ki, professional prodüser olmaq üçün çox şey gərəkdir. İlk başda mənə görə görünüş və mədəni danışıq. Təbii ki, ağıllı danışıq. Zəka lazımdır, ideyaların olmalıdır və həmin anda ideyalarını çatdırmağın lazımdır. Həmçinin insanları tanımağın lazımdır. Bir sözlə, bunun üçün psixoloq olmaq gərəkdir.
-Azərbaycanda prodüser sənətinin inkişafını necə qiymətləndirirsiz?
-Əslində, Azərbaycanda prodüser- menecer kimi çalışa bilən mükəmməl, ağıllı insanlar var. Amma, nədənsə bəzi insanlar prodüserlə meneceri qarışdırırlar. Onları da qınamıram, kim öyrədib ki, onlar da bilsin. Qaldı ki, inkişafa, hər şey zamanla inkişaf edir, edəcək də. Sadəcə, zaman və dözüm lazımdır. Amma indiki cavan nəsil daha çox tez bir zamanda pul qazancını gözləyirlər. Öyrənmədən pul qazanılmaz. Ən böyük qazanc bilikdir. Öyrəndiyin şeylər sənin həm pulun, həm də gələcəkdə qazancındır.
-Latviyada öz işinizi necə aparırsız?
-Latviyada komanda olaraq çalışırıq. Layihə olduğu zaman hər kəsin fikri önəmli və vacibdir. Ataların bir sözü var: “Tək əldən səs çıxmaz”. Latviyada bizim agentlərimiz var, sifarişlərə onlar gedir. Onlar sifarişi qəbul etdikdən sonra komanda olaraq layihə üzərində çalışırıq. Bu layihə reklam ola bilər, yaxud da hansısa şirkətin açılış mərasimi. Yəni qısa desək, hər hansı işi agentlərimiz bizə gətirirsə, biz komanda olaraq onun öhdəsindən gəlirik.
-Diasporla əlaqələriniz varmı?
-Diasporla əlaqəm bir o qədər yoxdur. Çünki ilk vaxtlarda öz gücümlə bir yerə gəlməyimi sevən biriyəm. İkincisi də çalışıram yerli insanlar məni özləri kimi görsünlər.
-Latviyalılara bir azərbaycanlı prodüser olaraq nə kimi öz töhfənizi verirsiz?
-Latviyada azərbaycanlı kimi ən başlıcası azərbaycanlı olduğumu və azərbaycanlı övladının hər şeyi bacaracağını sübut edərək çalışıram töhfələrimin altında hər zaman azərbaycanlı imzası var ...
-Prodüserlikdən əlavə hansı işlə məşğulsuz?
-Prodüserlikdən əlavə, idmanla məşğul oluram. Riqadakı azərbaycanlı tələbələrlə görüşməyi çox sevirəm, çalışdığım qədər yeni-yeni insanlarla tanışlıq edirəm.
-Perspektiv planlarınız nədən ibarətdir?
-Planlarım, təbii ki, hər kəsin olduğu kimi daha da uğurlu işlər görərək Rizvan Məmmədovu yox, azərbaycanlı Rizvanı hər kəsə tanıtdırmaqdır və dünyaya açılmaqdır. Başqa ölkələrdə, başqa işlər görməkdir. Ən böyük istəyim isə Azərbaycan Müzikilini Avropada təqdim etməkdi .
Qeyd edim ki, 2 ildir prodüserlik haqqında kitab üzərində çalışıram. Kitab fikri, əslində, çoxdan var idi. Kitab yazmağa öncə hobbi kimi başladım, sonra beynimdə daha da formalaşdı. Kitabı rus dilində yazıram. Adını "Ə" qoydum, yəni "Mən". İçimdəki mənin hamısını bu kitabda qeyd etmişəm. Həmçinin öyrəndiyim prodüserlik sirlərini bu kitabda yazmışam. Niyə "Ə"? Bir az psixoloji yanaşdım. Hər kəsin içində bir mən var. Hər kəs bu kitabı kitab rəfində gördüyü zaman özünü burada görəcək. Mən inanıram ki, kitabda oxucular insanlarla ünsiyyətin doğrusunu bu kitabda oxuyacaqlar. Kitabdan gələn gəliri kimsəsizlər evlərinə bağışlamaq fikrim var.
-Kitabı niyə bəs Azərbaycanca deyil, rusca yazırsız?
- Əvvəla, rus dili auditoriyası daha genişdir. İkincisi isə Azərbaycanda kitab oxucusu bir o qədər də yoxdur. Bu da, əslində, məni çox üzür. Azərbaycanın Nizamisi, Füzulisi, Anarı, Çingiz Abdullayevi var. Gənclərimiz onların kitablarını, demək olar ki, oxumurlar, amma oxumaları gərək. Rizvanı necə oxuyacaqlar?
Sonda sizə də böyük təşəkkürlər olsun ki, məndən və mənim kimi xaricdə yaşayan azərbaycanlılardan müsahibələr alırsız. “Palitra” kollektivinə və oxucularına uğurlar olsun.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info