Salyanda elektrik təsərrüfatı yenidən qurulur
Tarix: 19.10.2015 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Salyanın elektrik təsərrüfatı müasir tələblərə uyğun qurulur. Sovet dövründən qalan elektrik xətləri və yarımstansiyalar yenilənir ki, bu da abonentlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq.
Rayon elektrik şəbəkəsinin mühəndisi Əzizağa Quliyev AZƏRTAC-a bildirib ki, 710 saylı hava elektrik xətlərinin qurulması rayonun 12 kəndinin enerji təchizatında dönüş yaradacaq. Bununla da əhaliyə və istehlakçılara verilən elektrik enerjisinin dayanıqlılığı artacaq, enerji itkisi minimuma endiriləcək.
Küləkli və qarlı havalarda yüksək gərginlikli elektrik xətlərində daha çox qırılmalar olduğundan bu naqillərin də yenilənməsinə başlanılıb. Bu məqsədlə 35 kilovoltluq 710 və 713 saylı yüksək gərginlikli xətlər əsaslı təmir olunur. Ümumi uzunluğu 55 kilometr olan elektrik xətlərinin 30 faizdən çox hissəsində işlər artıq başa çatdırılıb.
Bütün bunlarla yanaşı, əhalinin perspektiv inkişafı, həmçinin dayanıqlı elektrik enerjisi ilə təchizatı nəzərə alınmaqla yarımstansiyalar da təzələnir. İndiyədək 16-sı kəndlərdə, 6-ı isə şəhərdə olmaqla ümumilikdə 22 müasir tipli yarımstansiya quraşdırılıb.
Enerji sarıdan problemin aradan qaldırılması üçün rayonda mövcud olan bütün köhnə transformatorlar tədricən yeniləri ilə əvəz ediləcək. Hazırda Xıdırlı, Xələc kəndlərində, Qızılağac kəndinin isə bir hissəsində kabelləşmə işləri aparılır, köhnə elektrik naqilləri SİP kabelləri ilə əvəz olunur.
Onu da qeyd edək ki, Salyan şəhəri artıq tam kabelləşib. Digər yaşayış məntəqələrində isə bu günədək 27 kilometr uzunluğunda SİP kabelləri çəkilib. Elektrik təsərrüfatında yenidənqurma işləri başa çatdıqdan sonra rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info