AMOR-dan Moskvada Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir
Tarix: 19.10.2015 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 24-cü ildönümü qeyd edilib.
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə "Moskva Hall" konsert zalında keçirilən təntənəli gecədə Azərbaycanın Rusiyadakı səfirliyinin, AMOR, Rusiya-Azərbaycan Dostluq Mərkəzi və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev Azərbaycanın Müstəqillik Gününü onlarla birgə qeyd edən hər kəsə təşəkkürünü bildirib. AMOR sədri Leyla Əliyevanın təbrikini tədbir iştirakçılarına çatdıran E. Hacıyev Rusiya və Azərbaycan gəncləri arasında olan münasibətlərdən danışıb: "Bu gün mümkün olan hər şeyi etmək lazımdır ki, Rusiya və Azərbaycan gəncliyi arasındakı münasibətlər möhkəmlənsin. Əlimizdən gələni etməliyik ki, bu münasibətlər dost və möhkəm olsun".
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev isə çıxışında
Azərbaycan xalqını və tədbirdə iştirak edən azərbaycanlı gəncləri Müstəqillik Günü münasibəti ilə təbrik edib: "Azərbaycana əbədi müstəqillik, xoşbəxtlik və bütün başlanğıclarda müvəffəqiyyətlər arzu edirəm. Gecədə bizimlə birgə iştirak edən Rusiya nümayəndələrinə də təşəkkürümü bildirirəm. Qoy, Rusiya-Azərbaycan əbədi dostluğu uğurlu olsun. Hər birimizin Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə töhfə verməyimizi arzulayıram".
Tədirdə AMOR sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “LETO AMOR-2015” fotomüsabiqəsinə də yekun vurulub. Gənclərin yaradıcı inkişafına və həvəskar fotoqrafların peşəkarlığının artmasına kömək məqsədi ilə keçirilən fotomüsabiqənin qalibləri mükafatlandırılıb. Beş nominasiya üzrə (“Bakı Yer üzündə ən yaxşı şəhərdir”, “Azərbaycan memarlığı: Qız qalasından “Flame Towers” qülləsinədək”, “Böyük şəhərdə idman”, “Şəhərlərdən uzaqlarda” və “EkoIDEA”) elan edilən qaliblərə AMOR adından qiymətli hədiyyələr və diplomlar təqdim edilib.
Təntənəli gecə musiqili proqramla başa çatıb.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info