Oleq Krapivin: “Azərbaycan pəhləvanlar ölkəsidir”
Tarix: 19.10.2015 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Ukraynanın Odessa şəhərində “Zolotoy manqust” VII beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib. “Zolotoy manqust” idmançıların zəhmət və nailiyyətlərini, habelə idmanın inkişafına töhfə verən veteranların, siyasətçilərin və xeyriyyəçilərin fəaliyyətini qiymətləndirən mükafatdır.
Beynəlxalq mükafatın builki laureatları yüksək nəticələr əldə etmiş şəxslər və Ukrayna sərhədlərindən uzaqda tanınan görkəmli adamlardır. İdmanda mühüm nailiyyətlərinə, idman ruhunun və nüfuzunun dirçəldilməsindəki xidmətlərinə görə sərbəst güləş üzrə Azərbaycanın və keçmiş ittifaqın Əməkdar İdman Ustası, Azərbaycanın Əməkdar Məşqçisi, SSRİ və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olmuş, veteranlar arasında sərbəst güləş üzrə dünya çempionu, Ukraynada keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən yeniyetmələr və qızlar arasında sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnirin banisi və baş sponsoru Oleq Krapivin “Zolotoy manqust” ordeninə layiq görülüb. İdman “Oskar”ı adlandırılan bu mükafat təmiz qızıldan hazırlanıb və üç ədəd brilyant qaşla bəzədilib.
Xatırladaq ki, Oleq Krapivin həm də Ukraynada fəaliyyət göstərən “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatının prezidenti, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədridir.
Tədbirdə O.Krapivin Azərbaycanda bədən tərbiyəsi və idmanın çiçəklənməsindən, Bakıda birinci Avropa Oyunlarının böyük uğurundan söz açıb. O, çıxışının sonunda deyib: “Azərbaycan digər atletlərlə yanaşı, həm də pəhləvanlar ölkəsidir ki, birinci Avropa Oyunları bunu bir daha göstərdi”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info