“Opinionway”: ”İlham Əliyevin fəaliyyəti əhalinin 90 faizindən çoxunu qane edir”
Tarix: 19.10.2015 | Saat: 17:54:00 | E-mail | Çapa göndər




Fransanın “Opinionway” yenilikçi araşdırma şirkəti 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Şirkətin saytında qeyd olunub ki, sorğu 1200 nəfər ölkənin yetkinlik yaşına çatmış qeydiyyatlı əhalisi arasında aparılıb.
Sorğuda iştirak edən respondentlərin 58%-i hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığını qeyd edib. Səhv istiqamətdə deyənlərin sayı 22,9%, 19,1 % isə suala cavab vermək istəməyiblər.
“Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir?” sualına respondentlərin 54,1%-i “Yaxşılaşır”, 28,2%-i “Dəyişmir”, 9,3%-i “Pisləşir” cavabını veriblər. Respondentlərin 8,4%-i suala cavab verməyə çətinlik çəkiblər.
“Aşağıda qeyd edilən sahələrin hazırkı vəziyyətindən Siz nə qədər razısınız?” sualına respondentlərin cavabları belə olub:
1. Milli təhlükəsizliyin təmin olunması – 71,4%, “Çox razıyam”, 10,8% – “Razı deyiləm”, 17,8% – “Bilmirəm” 2. Cinayətkarlıqla mübarizə - 68,4% - “Çox razıyam”, 16,9% – “Razı deyiləm”, 14,7% – “Bilmirəm” 3. İnsan haqlarının vəziyyəti - 69,8% - “Çox razıyam”, 12,5% – “Razı deyiləm”, 17,7% – “Bilmirəm” 4. Təhsilin səviyyəsi - 48,8% - “Çox razıyam”, 41,3% – “Razı deyiləm”, 9,9% – “Bilmirəm” 5. Korrupsiya ilə mübarizə - 71,2% “Çox razıyam”, 18,1% – “Razı deyiləm”, 10,7% – “Bilmirəm” 6. İş əldə etmək imkanları – 51.8% “Çox razıyam”, 11,8% – “Razı deyiləm”, 18,2% – “Bilmirəm”.
“Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən nə dərəcədə razısınız?” sualına respondentlərin 50,8%-i “Çox razıyam”, 21,9 %-i – “qismən razıyam”, 14,7 %-i – “razı deyiləm”, 12,6 %-i isə “bilmirəm” cavablarını veriblər.
“Prezident İlham Əliyevin Prezident kimi öz vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir?” sualını cavablandıran respondentlərin 78,8 %-i “Çox qane edir”, 11,8 %-i – “Qismən qane edir”, 5 %-i – “Qismən qane etmir”, 2,9 %-i – “qətiyyən qane etmir” cavablarını qeyd ediblər. 1,5 % respondent “bilmirəm” cavabı veriblər.
Suala 2 cavab qeyd etmək imkanında olan respondentlər “Fikrinizcə, Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər hansılardır?”sualına bu cavabları veriblər: Dağlıq Qarabağ - 66,5 %, İqtisadi – 30,8 %, Təhsil - 23,3 %, Ətraf mühit – 11,7 %, İnsan haqları – 9,0 %, Vergilərin çoxluğu – 8,5 %, Milli təhlükəsizlik – 1,7 %, Bilmirəm – 6,3 %.
1 noyabrda keçiriləcək Milli Məclisə seçkilər ərəfəsində aparılan seçki kampaniyası Sizin üçün nə dərəcədə maraqlıdır? Sualına respondentlərin cavabları belə olub: Çox maraqlıdır - 41,2 %, Qismən maraqlıdır - 35,3 %, Demək olar ki, maraqsızdır - 9,6 %, Heç maraqlı deyil - 11,5 %, Bilmirəm - 2,4 %
Sorğuya qatılan respondentlərin 63%-i 1 noyabr seçkilərində mütləq iştirak edəcəklərini, 12 %-i – ola bilsin ki iştirak edəcəklər, 7,7 %-i ola bilsin ki iştirak etməyəcəklər, 9 %-i isə qətiyyən iştirak etməyəcəklərini bildiriblər. 8,3 % isə bu barədə hələ qərar vermədiklərini bildiriblər.
“Yaşadığınız seçki dairəsindən seçilmiş deputatın öz vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir?” sualına 39,6 % tam qane edir, 33,8 % – qismən qane edir, 10,8 % – qismən qane etmir, 9,8 %-i – qətiyyən qane etmir, 6 %-i isə bilmirəm cavablarını veriblər.
“Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fikrindəsiniz?” sualını respondentlər aşağıdakı cavabları veriblər: İqtidar və ya iqtidaryönlümü partiyanın namizədini - 71,7 %, müxalifət partiyasının namizədini - 6,0%, bitərəf namizədi - 16,4%, bilmirəm - 5,9%, respondentlərin 71 %-i “Milli Məclisə keçirilən son seçkilərdən sonrakı dövrə baxaraq eyni deputatın seçilməsini istərdi, 22,3 %-i - başqa bir deputatın seçilməsini istərdi. 6,7 % respondent isə suala cavab verməyə çətinlik çəkiblər.
“Sizin əsas məlumat mənbəyiniz hansılardır?” sualına respondentlər aşağıdakı cavabları veriblər: “İqtidaryönlü qəzetlər – 31,1 %, müxalifətyönlü qəzetlər - 11%, müstəqil qəzetlər - 28,4%, Azərbaycan televiziyası (AzTV) - 41,0%, İctimai TV - 38,3%, özəl televiziya kanalları - 67,9%, dövlət radio dalğaları - 17,4%, özəl radiolar - 9,5%, internet - 35,8%, müxtəlif insanlar - 24,4%”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info