“Sosial şəbəkələrdə ifadə azadlığı prinsiplərilə azadlığı məhdudlaşdıran prinsiplər toqquşur”
Tarix: 19.10.2015 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Avropa Şurasının təşkilatçılığı ilə qurumun Strasburq şəhərindəki mərkəzi ofisində ifadə azadlığı məsələlərinə həsr edilmiş konfrans keçirilib. Konfransa qatılmış Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, müstəqil KİV və QHT-lərin təmsilçilərindən ibarət olan Azərbaycan nümayəndələri müzakirələrin gedişində aktiv iştirak ediblər. “İfadə azadlığı demokratiyanın şərtidir” başlığı ilə keçirilən konfransa BMT, Avropa Birliyi, Avropa Komissiyası, Avropa Şurasının təmsilçiləri ilə yanaşı “Facebook” koordinatorları, transmilli KİV-lərin yönəldiciləri də qatılaraq ciddi tezislərlə çıxış ediblər. JuHİ sədri bildirib ki, konfrans iştirakçıları internetin inkişafının, xüsusi olaraq, sosial şəbəkələrin auditoriyasının sürətlə genişlənməsinin müsbət tendensiyalarla yanaşı, bir sıra fəsadlara da yol açdığını qeyd edərək, bu yöndə ortaya çıxan problemlərin tənzimlənməsi yönündə fikir mübadiləsi aparıblar: “Vurğulandı ki, sosial şəbəkələrin inkişaf etməsindən sonra, Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilmiş bir sıra hüquqların, o cümlədən, ifadə azadlığına üstünlük verən prinsiplərlə ifadə azadlığını məhdudlaşdıran prinsiplərin toqquşması halları intensivləşib ki, bu da mövcud problemləri dəyərləndirməli olan hakimlər üçün ciddi problemlər yaradır. O baxımdan mövcud prinsiplərə yenidən baxılması üçün çağırışlar edildi”.
Müşfiq Ələsgərli qeyd edib ki, ifadə azadlığı sahəsində mövcud olan dilemmaların dəyərləndirilməsi və çıxış yollarının tapılmasına həsr edilmiş konfransın mahiyyətini çaşdırmaq, müzakirələri yanlış yönə istiqamətləndirmək cəhdləri də olub: “Təəssüf ki, beynəlxalq təşkilatlarda təmsil olunan və antiazərbaycan ovqatında köklənmiş bəzi şəxslər konfransda geniş auditoriyanın iştirakını fürsət bilərək, burada da Azərbaycan əleyhinə təbliğat aparmağa cəhd göstərdilər. Amma onların çıxışları tərəfimizdən dərhal dəyərləndirildi. Əsaslandırılmış cavablarla onların çıxışlarının qərəzli xarakter daşıdığını isbat edə bildik”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info