Cəbhəyanı rayonlarda gənclər arasında seçki maarifləndirməsi aparılır
Tarix: 19.10.2015 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mərkəzi Seçki Komissiyasının tərəfdaşlığı ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən cəbhəyanı rayonlarda yaşayan gənclər arasında “Gənclər, seçkilərə! - cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi” adlı layihə çərçivəsində Ağdam və Tərtər rayonunda təlimlər keçirilib. Təlimlərdə region gənclərinə seçki anlayışı, seçki hüququ, seçki sistemləri, seçkilərin həyatımızda rolu və vətəndaşların seçim imkanı vasitəsilə siyasi hakimiyyəti formalaşdırması barədə geniş bilgi verilib. Azad və demokratik seçkilər bəşər tarixinin əsas mübarizə predmetindən biri kimi nəzərdən keçirilərək insanların seçim hüquqları və hakimiyyətin formalaşdırılmasında iştiraklarının məhz demokratik seçki vasitəsiylə həyata keçiridiyi qeyd edilib. Gənclərə həmçinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi və qarşıdan gələn parlament seçkisinin əhəmiyyətindən danışılaraq onlara namizədlərlə görüşlərdən sesverməyə qədər olan seçki prosesində fəal iştirak etmək tövsiyə edilib.
Ağdam rayon Quzanlı qəsəbəsi və Tərtər şəhərində baş tutmuş təlimdə ümumilikdə 130 nəfərə yaxın əsasən ilk dəfə səsvermə hüququ olan gənclər iştirak edib. Təlimçilər- Ceyhun Abbasov və Fərhad Fəttahlı tərəfindən seçki barədə edilən təqdimatlar gənclərin böyük marağına səbəb olub, təlim prosesinin böyük hissəsi seçkiyə dair gəncləri maraqlandıran mövzuların qarşılıqlı müzakirəsi şəraitində həyata keçirilib. Təlimlərdə yerli icra hakimiyyətlərinin, gənclər və idman idarələrinin nümayəndələri, Agdam 118, 119 saylı və Tərtər 95 saylı Dairə Seçki Komissiyalarının məsul şəxsləri iştirak edib.
Təlimlərdə region gənclərinə layihə çərçivəsində nəşr edilmiş “ Gənclər seçilərə” adlı maarifləndirici kitab, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş Azərbaycan Resspublikasının Seçki Məcəlləsi, “Seçki günü üçün Yaddaş” və “Müşahidəçilər üçün Yaddaş” paylanılıb. Təlimlərin sonunda gənclərə iştirakçı sertifikatları təqdim olunub.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info