Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 28 dəstə ifşa edilib
Tarix: 19.10.2015 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Bu ilin 9 ayında gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 172 fakt aşkarlanıb.
Bu, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim olunmuş hesabatda əksini tapıb.

Bu faktlar üzrə ümumilikdə 86 kq 372 qramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları, o cümlədən 5 kq 239 qram tiryək, 42 kq 086 qram marixuana, 29 kq 518 qram həşiş, 7 kq 870 qram heroin, 224 qram metadon, 2,272 qram kokain, 89,161 qram metamfetamin, 60 həb və 1,935 qram alprazolam, 46 qram fenobarbital, 10,014 qram klonazepam, 1 kq 282 qram kalium permanqanat və digərləri dövriyyədən çıxarılıb. Görülmüş tədbirlər nəticəsində 207 nəfər saxlanıb ki, bunlardan 180-i kişi və 27-si qadın olub. Saxlanılanlar arasında 176 Azərbaycan vətəndaşı və 31 xarici vətəndaş (27 İran, 3 Ukrayna, 1 Rusiya Federasiyası vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 28 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. 157 halda narkotiklər İrandan, 4 halda Gürcüstandan, 3 halda Rusiyadan, 2 halda Ukraynadan, 1 halda Böyük Britaniyadan, 1 halda Niderlanddan, 1 halda Türkiyədən gətirilərkən, 1 halda Rusiyaya aparılarkən saxlanılıb. Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. Bu ilin 9 ayı ərzində 62 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info