Müharibə əlilləri və onlara bərabər tutulanlardan daha 100 nəfərinə minik avtomobilləri verildi
Tarix: 19.10.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Çingiz Əliyev: “Keçən il və cari ilin ötən dövründə 1830 nəfərdən çox imtiyazlı şəxs dövlət tərəfindən minik avtomobili ilə təmin olunub”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı istiqamətində tədbirlərini uğurla davam etdirir. Belə ki, Nazirlik dekabrın 19-da bu təbəqələrdən olan daha 100 nəfərə (60 nəfər Qarabağ müharibəsi, 15 nəfər Böyük Vətən müharibəsi, 2 nəfər 20 Yanvar, 13 nəfər Çernobıl AES əlilinə və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 10 nəfər şəxsə) “Naz-LİFAN” markalı minik avtomobillərini təqdim edib. Avtomobillərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bununla artıq ötən aydan etibarən 300 nəfərin minik avtomobili ilə təmin olunduğunu bildirib: “Ümumilikdə keçən il və cari ilin ötən dövründə 1833 nəfər müharibə əlilinə və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Ölkəmizdə sosial təminat sisteminin bütün sahələrində olduğu kimi, bu sahədə də mühüm addımların atılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinə, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının əməli təsdiqidir. Məhz bu diqqət və qayğı qeyd olunan insanların həm avtomobillə, həm də mənzillə təminatı işlərinin sürətlənməsinə, ümumən əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsinə imkan yaradıb”. Xidmət rəisi avtomobillə təmin edilən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sayının artıq 5650 nəfərə yaxın olduğunu da diqqətə çatdırıb.
Tədbirdə iştirak edən əlil ictimai birliklərinin nümayəndələri ölkəmizdə sosial cəhətdən həssas qruplardan olan insanların təminatının gücləndirilməsi yönündə görülən işlərin ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını qeyd ediblər. Onlar bildiriblər ki, bu kimi tədbirlər ölkədə uğurla gerçəkləşdirilən sosialyönümlü siyasətin növbəti əyani nümunəsidir və respublikada sosial firavanlığın təminatına yönələn bu siyasət uğurla davam etdirilir. Təsadüfi deyil ki, möhtərəm dövlət başçımız respublika hökumətinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır”, deyə vurğulayıb.
Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər onlara yeni avtomobillərin təqdim olunmasından sonsuz sevinc hissi keçirdiklərini bildirərərək, göstərilən bu böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info