Ayrikyan prezident seçkilərinin b aşqa vaxta keçirilməsi üçün müraciət edəcək
Tarix: 08.02.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Ermənistan prezidentliyinə namizəd, “Milli Müqəddəratı Təyinetmə” Birliyinin lideri Paruyr Ayrikyan seçkilərin vaxtının iki həftə sonrakı tarixə dəyişdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Bu barədə “Novosti-Armeniya”ya namizədin seçki qərargahının rəhbəri Manya Ayvazyan bildirib. Qeyd edək ki, yanvarın 31-də İrəvanın mərkəzində silahlı hücuma məruz qalan Ayrikyan çiyin nahiyəsində güllə yarası alıb və əməliyyat olunub. Konstitusiyaya əsasən, namizədlərdən birinin seçkilərdə iştirakı üçün dəfedilməz maneə yaranarsa, prezident seçkiləri iki həftə müddətinə təxirə salınır. Maneə aradan qalxmazsa, yeni seçkilər təyin olunur, səsvermə isə iki həftəlik müddət başa çatdıqdan qırx gün sonra keçirilir. Ayrikyan əvvəlcə səsvermənin tarixinin iki həftə uzadılması xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşsa da, fevralın 5-də bu fikrindən daşındığını açıqlayıb. Lakin namizəd dünən jurnalistlərə bildirib ki, seçkiqabağı təbliğat kampaniyasında iştirak etmir və edə bilməyəcək: “Həkimlər bunu qadağan edirlər. Müzakirə edib bir qərara gələcəyimiz təxminən beş variant var. Əgər təbliğat kampaniyasında iştirak etmirsənsə, deməli, namizəd vəzifəsini yerinə yetirmirsən”.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info