“Gürcüstanla strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır”
Tarix: 19.10.2015 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşünə prezident İlham Əliyevin noyabrın 6-da Tiflisə planlaşdırılan səfəri müzakirə edilib”.
Bunu xarici işlər naziri Elmar Məmmədyarovgürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İ. Əliyevin Tiflisə səfəri zamanı Gürcüstan tərəfi ilə müzakirə oluna biləcək məsələlərdən biri sərhədlərin delimitasiyasıdır:
“Sərhədlərin delimitasiyası üzrə komissiya öz işini davam etdirməlidir. Gürcüstan nümayəndə heyəti mart ayında Bakıda səfərdə olub. Bu ilin sonu və ya gələn ilin əvvəlində məsələ ilə bağlı növbəti görüş keçirilməlidir. Strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır”.
“Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq gündən-günə gücləndirilir”.
Onun sözlərinə görə, hər iki ölkə beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir: “Biz görüşdə enerji və Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə bağlı müzakirə apardıq. Bu, önəmli nəqliyyat dəhlizidir. Azərbaycan prezidenti də deyib ki, Azərbaycanla Gürcüstan birlikdə bu dəhlizi dünyaya təqdim etməlidir. Artıq Gürcüstan ərazisində dəmiryol tikilib. Gözləyirik ki, Türkiyə tərəfi onu istifadəyə versin. Ümid edirik ki, Türkiyə bu ilin sonu və ya gələn ilin əvvəlinə kimi təhvil versin”.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info