“Excelsior Hotel”də “Baku Fashion Night”a həsr edilmiş tədbir
Tarix: 19.10.2015 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” otelində "Baku Fashion Night" tədbirinə həsr edilmiş mətbuat konfransı keçirildi. Mətbuat konfransında “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz, "FMS Models" məktəbinin rəhbəri Lyubov Quturova, Dizayner Fəxriyyə Xələfova, “İD FASHİON“ kanalının baş prodüseri Vasil Klumçik, məşhur ispan dizayneri Cordi Dolman və başqaları iştirak etdilər.
“FMS Models" məktəbinin rəhbəri Lyubov Quturova bildirdi ki, “Baku Fashion Nights” layihəsi ildə iki dəfə: Payız-Qış və Bahar-Yay mövsümlərində keçirilir. Bu tədbir “FMS Models” model agentliyi, “Excelsior Hotel& Spa” oteli və “İD Fashion” telekanalı tərəfindən yaradılmış və təşkil olunmuşdur və artıq 4-cü dəfədir ki, keçirilir. Layihənin baş sponsoru “Mersedes Benz Auto Capital” şirkətidir.
Oktyabrın 16-dan 18-nə qədər “Excelsior Hotel & Spa Baku” otelində həm yerli, həm də xarici ölkə dizaynerlərinin nümayişləri baş tutub. Layihədə xarici ölkə dizaynerləri iştirak etmişlər. Əsli Cekson uzun illər İngiltərədə yaşayıb. 2004-cü ildə Londonda “Texnologiya və geyimin dizaynı” ixtisası üzrə “İncəsənət Akademiyası”nı bitirdikdən sonra onun üçün Vivienne Westwood və Alexander Mcquenn kimi brendlərlə işləmək imkanı yarandı. 2010-cu ildə o, bir layihədə iştirak etmək üçün İstanbula gəlib. Bu şəhərə yenidən vurulan Əsli öz karyerasını eyni zamanda burada da davam etdirməyə qərar verib.
Yaradıcısı və ideya ruhlandırıcısı dizayner Veronika Vero olan Ukraynanın VERMICHELLE brendi. VERMICHELLE gözəlliyə, keyfiyyətə və fərdiliyə qiymət verənlərə istiqamətlənmişdir. Brend fashion-sənayesi bazarını elə sürətlə ələ almışdır ki, onun yeni kolleksiyalarını hamı səbirsizliklə gözləyir.
Layihənin sonuncu günündə Milan, Paris və Barselona moda həftələrində iştirak edən məşhur ispan dizayneri Corco Dalmau öz kolleksiyasını təqdim etdi. Corco Dalmau dünyada ən qeyri-adi toy libaslarının yaradıcısıdır. Jordi Dalmau Novias Moda evi 2001-ci ildə Barselonada toy libaslarında rənglərə və xırda detallara xüsusi diqqət yetirməklə, ənənə ilə müasirliyi bacarıqla uyğunlaşdırmaqla bu sahədə yeni səviyyəyə yüksəlməyə hazır olan gənc və dinamik şirkət kimi təsis edildi. Corco Dalmaunun gəlinləri qeyri-adi nağıl personajlarını xatırladır.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info