Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes iqtisadi inkişafa öz töhfəsini verir
Tarix: 19.10.2015 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyətinin birinci ilinin yekunlarına həsr olunmuş “Biznes inkubatorun gənc sahibkarlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, biznes inkubatorun iştirakçıları, eləcə də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdəndir. Qeyd edilib ki, ölkədə sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkəmizdə 4631 gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 14200-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Biznes inkubatorların yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. Bildirilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında ölkədə biznes inkubatorların yaradılması öz əksini tapıb. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Bir il ərzində biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsini, davamlı məsləhət xidmətlərinin göstərilməsini qeyd edən Sahib Məmmədov bu tədbirlərin gənc biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında mühüm rol oynadığını və bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Nazirliyin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Amil Əlili dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələrdən danışmış, ölkə regionlarının sosial-iqtisadi inkişafında gənclərin rolu, onların inkişafı üçün şəraitin yaxşılaşdırılması, məşğulluğun daha da artırılması və gənclər arasında sahibkarlığın inkişafı ilə bağlı görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər və Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş biznes inkubatorun fəaliyyət istiqamətləri barədə məlumat verib, biznes inkubator üçün növbəti iştirakçıların seçilməsi məqsədilə müsabiqə elan edildiyini və sənəd qəbulunun davam etdiyini qeyd edib, müsabiqə şərtlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info