Azərbaycanın işğal edilmiş ərazilərində iqtisadi fəaliyyət yolverilməzdir
Tarix: 19.10.2015 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində xarici ölkələrin şirkət və təşkilatlarının qanunsuz fəaliyyətinin qarşısının alınması istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən digər aidiyyəti dövlət qurumları ilə birlikdə ardıcıl işlər aparılır.
Beynəlxalq səviyyədə audit, vergi və məsləhət xidmətləri göstərən ABŞ-ın “Grant Thornton International” şirkətinin Ermənistan nümayəndəliyi tərəfindən işğal olunmuş ərazilərimizdə iqtisadi fəaliyyəti təşviq edən nəşrlərin buraxılması niyyəti barədə daxil olmuş məlumatlarla əlaqədar şirkətin Azərbaycan nümayəndəliyinin rəsmisi İqtisadiyyat və Sənaye Nazirliyinə dəvət edilib. Görüş zamanı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin milli qanunvericiliyə, o cümlədən, vergi, gömrük, maliyyə, sahibkarlıq, miqrasiya qanunvericiliyinə görə məsuliyyət tədbirlərinə səbəb olduğu ətraflı izah edilmiş, “Grant Thornton International” şirkəti tərəfindən belə hallara yol verilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılmış və bu barədə şirkətin mərkəzi ofisinin məlumatlandırılması tələb edilib. Bununla yanaşı, “Grant Thornton International” şirkətinə Azərbaycanın mövqeyini əks etdirən məktub da göndərilib.
Görülmüş tədbirlərin nəticəsi olaraq, qaldırılan məsələnin şirkətin mərkəzi ofisində ən yüksək səviyyədə müzakirə edilməsi və Azərbaycan tərəfinin narahatçılığının anlayışla qarşılanması, gələcəkdə bununla bağlı hər hansı təşviq və təbliğ xarakterli işin aparılmayacağı və “Dağlıq Qarabağ” adı altında hər hansı biznes bələdçisi, yaxud digər nəşrin buraxılmayacağı “Grant Thornton International” şirkəti tərəfindən rəsmi olaraq bildirilib.
İqtisadiyyat və Sənaye Nazirliyi bir daha beynəlxalq şirkət və təşkilatların diqqətinə çatdırır ki, Azərbaycanın işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və bu kimi hallara qarşı ciddi məsuliyyət tədbirləri görüləcək.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib
24.05.2019
“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə“ adlı tədbirlərin keçirilməsi” layihəsinin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info