“Məktəblərimizdə kurikulumun tələb etdiyi resurslar yoxdur”
Tarix: 08.02.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Kurikulumla bağlı araş-dırma aparmaq qərarına gəldik. 26 saylı məktəbdə müəllimə işləyən Esmira Əliyevadan aldığımız məlumata görə o, kurikulumu bəyənir, yalnız bəzi maddi məsələlər bu dərsin gedişini ləngidir. O, bizə öz müsahibəsində bunları bildirdi:

-Sizin yeni metod olan kurikuluma münasibətiniz? Bu yeni üsulu bəyənirsinizmi?
- Kurikulum təhsildə bir yenilikdir və çox gözəl ki, bunu qəbul ediblər. O demək deyil ki, bu metod ildırım sürəti ilə öyrənilməlidir. Kurikulum özü addım-addım öyrənmək deməkdir.
Mən sevirəm bu metodu, ona görə ki bu, şagird yönümlüdür, şagirdi düşünməyə, hər an axtarışda olmağa vadar edir. Mənim öz metodum var. Mən öz dərsimi beynimdə qurub şagirdlərimə çatdırıram. Bu yeni üsul müəllimdən ancaq işləməyi tələb edir. Müəllim öyrədən, şagird isə öyrənən tərəfdir. Müəllim öyrənən şagirdin hər bir psixologiyasını, dünyagörüşünü, ailə vəziyyətini bilməlidir ki, şagirdi düzgün istiqamətləndirə bilsin. Müəllim bundan peşəkar səviyyədə və məharətlə istifadə etməyi bacarmalıdır. Müəllim şagirdlərə kurikulumu keçərkən artıq bilir ki, onun savadı nə dərəcədədir. Yəni o, şagirdlə işləyə bilir, şagirdə mövzunu qavrada bilir, ya yox, bir sözlə, öz çətinliyini hiss edirsə, ya müəllimlikdən öz xoşuna getməli, ya da bu işə məsuliyyətlə yanaşıb öz üzərində işləməlidir.
- Siz bir müəllim kimi kurikulumda çətinliyi nədə görürsünüz?
- Çətinlik odur ki, bizə verilən resursları tapa bilmirik. Əlimizdə əyani vəsaitlər yoxdur. Kurikulumun tələb etdiyi resurslar yoxdur ki, onlardan istifadə edək. Məsələn, kompyuterlərimiz var, amma bir kabinetdə yerləşir. Biz hər dərs istifadə edə bilmirik. Biz dərsimizdə hər mövzuya uyğun motivasiyanı özümüz qururuq, məsələn, bir mağaza düzəldirik, şagirdin biri alıcı, biri isə satıcı rolunda iştirak edir. Dostluqdan olan mövzuda biz filmlər göstərə bilərik. Bunun üçün palitralarımız, maqnitofonlarımız olmalıdır ki, biz motivasiyanı həmin texnikalarda yaradaq. Məsələn, ”Bir qalanın sirri” filmindən Hadı ilə Bıdının dostluğunu göstərib şagirdlərə təhlil edərdim. Şagirdlər mövzunu daha yaxşı qavrayardılar. Buna görə hər sinif üçün ayrıca kompyuter vacib lazımdır. Daha sonra bizə dərsi keçmək üçün 4 ədəd böyük formatlar lazım olur. Sonra bizdə kiçik və böyük summativ qiymətləndirmələr var. Düzdür, qiymətləndirmələrdən istifadə edirik, yalnız meyarlardan bunun üçün bizə vəsait (kağız, rəng, printer) lazım olur. Rəqəmsal qiymətləndirmə olarsa, çətinlik çəkmərik. Maddi cəhətdən çatdıra bilmirik. Vəsaitlər olarsa, lap yaxşı olardı. Düzdür, olmasa da, biz vəziyyətdən çıxış yolu tapırıq. Çünki biz müəlliməyik, müəllimələr “cəfakeş” olurlar.
-Müəllimlər üçün metodik vəsaitlərdən istifadə edirsinizmi?
- Bəli, metodik vəsaitlər var, amma o metodik vəsaitdə heç bir şey verilmir. Ancaq dərsin gedişini və quruluşunu verir. Metodik vəsaitdə verilən resurslardan istifadə edə bilmirik.
- Ənənəvi üsulla kurikulum arasında nə kimi fərqlər var?
- Ənənəvi üsulla kurikulum arasında çox böyük fərqlər var. Əvvəlki qaydada müəllim axtarırdı, müəllim deyirdi. İndi isə müəllim problemli situasiya yaradır, motivasiya qurur, şagirdi düşünməyə vadar edir. Şagird axtarışlar aparır, müəyyən fikirlər yürüdür, yalnız şagird işləyir. Daha sonra kurikulumda valideynlərlə iş var. Bu üsulda şagirdlərin valideynləri ilə maarifləndirmə aparırıq. Çünki bu üsul yenidir, valideynlər bunu bilmir.
-Dərsliklərdə necə, çətinliklər var?
- Dərsliklərdə çox çətinliklər var. Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə keçirdiyi müzakirələr vardı, bizi ora dəvət etmişdilər, orada biz öz qeydlərimizi demişik.
XANIM




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info