Güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıb
Tarix: 19.10.2015 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 7-ci “Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb. Turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 2 bürünc medala sahib olub.
Məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Roman Bəkirov (97 kq) finala qədər inamlı güləşib. İlk görüşdə Rusiyadan Tamerlan Rasuevi 7:6, ardınca Məhəmmədrəsul Qazıməhəmmədovu 9:3, yarımfinalda ABŞ təmsilçisi Dastin Kilqoru tam üstünlüklə məğlub edən güləşçimiz finala yüksəlib. Ancaq finalda Rusiya güləşçisi Axmed Bataevə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib. 97 kq-da mübarizə aparan digər təmsilçimiz Aslanbek Alborov isə, ilk görüşdə ABŞ-dan Vinn Mixalak (6:3), ardınca Qazaxıstan təmsilçisi Mamed İbrahimov (2:0), Rusiyadan Zaynula Kurbanov (5:3) üzərində qələbə qazanıb. Ancaq yarımfinalda digər Rusiya təmsilçisi Axmed Bataevə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə daha bir Rusiya təmsilçisi Azret Şoqenovu 7:3 üstələyən Aslanbek Alborov turnirin bürünc medalına sahib olub. 86 kq-da mübarizə aparan Hacımurad Məhəmmədsəidov ilk görüşdə Qazaxıstandan Nurali Baymuratovu tam üstünlüklə məğlub etsə də, Rusiyadan Zəlimxan Minkailova uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Qazaxıstandan Kanat Berdıev və Azamat Dauletbekovu üstələyən Hacımurad bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Polşa təmsilçisi Sebastian Jezirjanskini də məğlub edən təmsilçimiz turnirin bürünc medalına sahib olub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info