Cüdo yığmamız 71 ölkəni qabaqladı
Tarix: 19.10.2015 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Fransanın paytaxtı Parisdə cüdo üzrə keçirilən “Böyük dəbilqə” turnirinə yekun vurulub. Komandamız Peter Zayzenbaherin ikinci gəlişindən sonra ilk sınağını bir medalla tamamlayıb.
Komandamıza mükafatı Rüstəm Orucov qazandırıb. 73 kq çəki dərəcəsində tatamiyə çıxan “Böyük Dəbilqə”nin ikiqat qalibi ilk görüşündə ukraynalı Sergey Drebotu məğlub etməyə cəmi 27, ardınca türkiyəli Həsən Vanlıoğlunu mübarizədən kənarlaşdırmağa 73 saniyə sərf edib. Həmyerlimizin 1/4 final qarşılaşması isə kifayət qədər gərgin alınıb. Lakin Rüstəm İqor Vandtkedən (Hollandiya) güclü olduğunu sübuta yetirərək, yarımfinala yüksəlib.
Bu mərhələdə Şuay Suna (Çin) ipponla qalib gələn cüdoçumuz yalnız finalda məğlubiyyət acısı yaşayıb. Asiya Oyunlarının qalibi Hiroyuki Akimotoya (Yaponiya) uduzan Orucov gümüş medalla kifayətlənib. Digər cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq) və Elmar Qasımov (100 kq) isə medalın 1 addımlığında dayanıblar. Onların hər ikisi “bürünc döyüşün”də uduzduqlarından 5-ci olublar. Dünya çempionumuz Elxan Məmmədov (100 kq) isə 7-ci yeri tutub. Qeyd edək ki, yığmamız komanda hesabında 84 ölkə arasında 13-cü olub. Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Fransada səfərdə olub. Qurum rəhbəri Azərbaycan yığmasının da iştirak etdiyi “Böyük dəbilqə” yarışı zamanı Parisdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerlə görüşüb. Görüş zamanı yeni vəzifəyə təyin olunması münasibətilə Abdullayevi təbrik edən Vizer Azərbaycanda dövlət səviyyəsində idmana qayğını yüksək qiymətləndirib. İJF rəhbəri eyni zamanda bu il ölkəmizdə təşkil edilən I Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini də vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info