“Prezidentin imzaladığı bu fərman sahibkarlığın inkişafına çox ciddi təkan verəcək”
Tarix: 19.10.2015 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Fikrət Yusifov: “Belə bir sənədin qəbul edilməsi lisenziyaların verilməsi işindəki neqativlərin aradan qaldırılmasına xidmət edəcək”

Ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bu il Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini bildirib və qeyd edib ki, iqtisadi inkişaf modelimiz bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər.
Aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir və doqquz ayda ölkə iqtisadiyyatı 3,7 faiz artıb. İqtisadi islahatlar nəticəsində ölkəmizdə artıq böyük işlər görüldüyünü beynəlxalq qurumlar da qeyd edirlər. Bununla yanaşı, ölkə başçısı mövcud vəziyyətlə bağlı onu da qeyd edib ki, israfçılığa, izafi xərclərə yol verilməməlidir. Xüsusilə sahibkarlığın inkişafı istiqamətində mövcud vəziyyətə aydınlıq gətirən ölkə başçısı bildirib ki, gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır: “ Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar”. Mövcud problemlərə gəldikdə isə qeyd edilib ki, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət heç bir haqq tələb edilməməlidir. Belə olan halda, bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək”.
Biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar olduğunu xatırladan ölkə başçısı onu da qeyd edib ki, biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacaq. Lakin hazırda mövcud problemlərdən biri kimi o da vurğulanıb ki, bizdə lisenziyaların sayı həddindən artıq çoxdur: “Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır”. Mütəxəssislər də ölkə başçısı tərəfindən qaldırılan mövcud problemlərin yerində olduğunu deyirlər.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirəsində ölkə Prezidenti sahibkarlığın inkişafına maneçilik törədən bir çox məqamları ciddi şəkildə tənqid etdi: “Prezident eyni zamanda bu maneələrin tezliklə aradan qaldırılması məqsədilə aidiyyəti təşkilatlar qarşısında konkret vəzifələr qoydu. Ölkədə sahibkarlığın inkişafına əngəl yaradan amillərdən biri də lisenziyalaşdırma ilə bağlıdır. Çox təəssüf ki, bu lisenziyalar heç də həmişə sahənin maraqlarının qorunmasına xidmət etmir. Bəzi məmurlar bundan öz şəxsi istəklərini reallaşdırmaq üçün istifadə edirlər. Elə buna görədir ki, müşavirədə lisenziyaların sayının getdikcə artmasından narahatlıq ifadə edən ölkə başçısı “Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur” demişdi. Bəli, bu qədər narahatlıq başadüşüləndir. Çünkü son 13 il ərzində ölkədə mövcud olan lisenziyaların sayı 2 dəfəyə qədər artaraq hazırda 60-a yaxındır. Bu, böyük rəqəmdir. Hər lisenziyanı almaq üçün sahibkarlar onu verən təşkilat tərəfindən süründürülür. Məsələnin həllində deyildiyi kimi, başqa neqativ hallara yol verilir. Odur ki, bu məsələnin bütövlükdə ölkə miqyasında koordinasiya edilməsi mühüm şərtlərdən biridir. Məlum olduğu kimi, Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Prezident, həmçinin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında fərman imzalayıb. Belə bir sənədin qəbul edilməsi lisenziyaların verilməsi işindəki neqativlərin aradan qaldırılmasına xidmət edəcək. Fikrimizcə, qəbul olunacaq yeni qanunda lisenziyaların verilməsində vətəndaş-məmur təmaslarının münimuma endirilməsi və prosesin bütövlükdə elektronlaşdırılması kimi müddəalar da öz əksini tapmalıdır. Hesab edirəm ki, Prezidentin imzaladığı bu fərman ölkədə sahibkarlığın inkişafına çox ciddi təkan verəcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info