Ciddi tədqiqat nəticələri əldə edən məktəblilər ABŞ-a göndəriləcək
Tarix: 08.02.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Bakıda Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” II Respublika Müsabiqəsi başladı. İki gün davam edəcək müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının birgə təşkilatçılığı ilə keçirilir. Fevralın 9-da Bakı və Sumqayıt məktəbliləri üçün keçiriləcək “Açıq qapı” tədbirində məktəblilər tədqiqat layihələrinin sərgisi ilə tanış ola biləcəklər.

Keçən ilə nisbətən layihələrin sayı 47-dən
73-ə qədər artıb


Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, Azərbaycanın güclü elmi potensialı var və məqsəd onu daha da inkişaf etdirməkdir. Elm və təhsilin daim ölkə başçısının diqqət mərkəzində olduğunu deyən nazir bildirdi ki, məhz bu diqqətin nəticəsində çoxsaylı uğurlara imza atılıb: “Son 10 ildə Azərbaycanda 2500-dən çox məktəb binası tikilərək əsaslı təmir olunub. Məktəblərin maddi-texniki bazası gücləndirilib. Büdcədən təhsilə ayrılan vəsaitin həcmi ilbəil artırılır”. Nazir bildirdi ki, 2008-ci ildən başlayaraq respublika məktəblərində kiçik akademiyalar yaradılıb. Onun sözlərinə görə, həmin akademiyalar tədricən formalaşıb, inkişaf etməkdədirlər. Şagirdlərə tədqiqatlar aparmaq imkanı yaradılır, bacarıqlar aşılanır və bir neçə ildir ki, müsabiqələr keçirilir. Ümumtəhsil məktəblərində təşkil olunan bu tədbirlər ölkə başçısı tərəfindən təsdiq edilən dövlət proqramının həyata keçirilməsinə xidmət edir”. M.Mərdanov qeyd etdi ki, bu cür müsabiqələrin keçirilməsində məqsəd şagirdlərə təhqiqatçılıq vərdişlərini aşılamaqdır. O da vurğulandı ki, hazırkı müsabiqənin əsas təşkilatçısı və sponsoru İntel korporasiyasıdır. Intel ISEF (Intel International Science and Engineering Fair)- Beynəlxalq Elm və Mühəndislik Sərgisi - ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. Bu, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədir. Intel ISEF və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır. Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır. Qeyd edildi ki, son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayı xeyli artıb. Bu da elmtutumlu tədqiqatlara şagirdlərin marağının artmasını əks etdirir. Müsabiqədə iştirak edən ölkələrin sayı artır, coğrafiyası genişlənir. Belə ki, əgər 2006-cı ildə bu müsabiqədə 47 ölkə, 2009-cu ildə 51 ölkə iştirak etmişdisə, 2011-ci ildə ölkələrin sayı 65-ə çatıb. Hər il Intel ISEF müsabiqəsinə yeni ölkələr qatılır. Maraqlı fakt isə odur ki, Intel ISEF-in 20-dən çox qalibi sonralar Nobel mükafatı laureatları, 3 qalibi isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olub. Bildirildi ki, “Sabahın alimləri" Respublika Müsabiqəsi 2012-ci il 23-24 fevral tarixlərində Bakı şəhərində keçirilib. ABŞ-da keçirilən İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İSEF) çərçivəsində təşkil olunan müsabiqənin qalibləri sırasından seçilmiş 5 Azərbaycan məktəblisi 2012-cil 13-18 may tarixində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilən Intel ISEF Sərgisində iştirak edib.
Nazir onu da vurğuladı ki, bugünkü müsabiqədə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edir. Onun sözlərinə görə, müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirilməsi və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə - Intel ISEF-ə göndərilməsidir: “Müsabiqədə 73 elmi layihə ilə 116 şagird iştirak edir. Həmin layihələrdən 37-si kollektiv, 36-sı isə fərdi şəkildə hazırlanıb. Keçən ilə nisbətən layihələrin sayı 47-dən 73-ə qədər artıb. Bakıda yerləşən məktəblərdən 34 layihə 52 şagird, Sumqayıt məktəblərindən isə 39 layihə 64 şagird müsabiqəyə buraxılıb. Bu gün qaliblərin mükafatlandırılma mərasimi olacaq”.
Ölkədə belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, bu müsabiqəyə qoşulan gənclərin sayının ildən-ilə artması sevindirici haldır: “Bu onu göstərir ki, Azərbaycanda elmə böyük maraq var. Dünyada ixtiralara tələb çoxdur. Azərbaycan dünyaya N.Tusi, Lütfizadə kimi mütəxəssislər bəxş edib. Bu gün Azərbaycanın səsi beynəlxalq yarışlardan gəlir. Hətta ölkəmiz 2015-ci ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi edəcək. Ölkəmizin bu uğuru ulu öndər H.Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasət hazırda ölkə başçısı tərəfindən inkişaf etdirilir. İnanırıq ki, bu gün müsabiqələrdə iştirak edən gənclərimiz ən görkəmli şəxs kimi yetişəcəklər”.
Qeyd edək ki, müsabiqə iştirakçılarına bir sıra ali məktəblər tərəfindən elmi dəstək veriləcək, şagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək imkanı yaradılacaq. Müsabiqəyə elmi dəstək Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Qafqaz Universiteti tərəfindən verilir. Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilən 5 şagird isə cari ilin ay ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak edəcək.

“Suyun təmizlənməsini dünyaya yaymaq
istəyirik”

Müsabiqə iştirakçılarından biri 291 saylı Ekologiya liseyinin şagirdi Nərmin Məmmədovadır: “Bizim layihənin adı “Məişət sularının gümüş nanohissəcikləri ilə təmizlənməsi”dir. Son vaxtlar insanlar sağlamlıqlarına çox diqqət yetirirlər. Buna görə qidalanma, həyat tərzlərinə dəyişikliklər edirlər. Qidalanmada əsas amil olan suyun insan orqanizminə təsiri ilə bağlı bir neçə təcrübələr apardıq. Suları süzərkən pambıq, filtr kimi müxtəlif üsullardan istifadə edilir. Amma hər bir üsulun müəyyən çatışmazlığı var. Belə qərara gəldik ki, gümüş nanohissəcikləri ən yaxşı antibakterialdır və hələ Roma dönəmindən istifadə edilir. Bütün əsgərlərə gümüş qabda su içirdilirdi. Biz belə belə bir fərziyə irəli sürürük ki, borunun içinə gümüş təbəqə çəkək və yaxud gümüş hopdurulmuş torları boruların içinə çəkək ki, bunlar da suyun artıq təmizlənmiş halda evimizə daxil olmasına kömək edəcək. Bunların da heç biri baha başa gəlmir. Məsələn, 100 metrlik bir borunu düzəltmək üçün cəmi 50 qəpik xərc tələb olunacaq, digər ölçüdə isə 5 manat tələb olunacaq ki, sağlamlıq üçün bu, elə bir böyük məbləğ deyil. Biz hətta bunu laboratoriyada da yoxlatdırdıq və tərkibində sıfır miqdrada mikrob, 2-dən daha az bakteriyanın olduğunu sübut etdik. İnsanlar arasında sorğu apardıq və gördük ki, onlarda buna maraq var. Məqsədim bu üsülun istifadəsini kütləviləşdirməkdir. Bu gün dünyada su qlobal bir problemdir və onun təmizlənməsini bir çox ölkələrdə yaymaq istəyirəm”.
Müsabiqənin digər iştirakçısı Sumqayıt şəhəri “İstedad” liseyinin şagirdi Nigar Əhmədovadır: “Layihənin adı “Kompakt distillə prosesinin işlənməsi”dir. Məqsəd iki və daha çox komponentli maye qarışığının saxlanma temperaturundan asılı olaraq komponentlərə ayırmaqdır. Layihəyə görə, distillə aparatının iş prinsipi suqızdırıcı vasitəsilə qızdırılaraq buxarlanır. Bu zaman buxar səthə dəyərək su damcıları yaranır. Distillə olunmuş su damcıları qıfa tökülür və xaric olunur. Bizim hazırladığımız aparatda dəniz suyu hazırlanır. Dəniz qaynadıqda buxarlanarkən qıfa dəyəndə yaranan tam distillə olunmuş su damcılarını artıq içmək olur. Gəmidə uzaq bir yerə səfər zamanı su qıtlığı yaranarsa, o zaman dənizdən götürülmüş suyu bu aparatla saflaşdırıb içmək olar. İlk dəfədir sərgidə iştirak edirəm. Burada müsabiqədə qalib gəlsəm, xaricdə müsabiqədə iştirak etmək istərdim”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info