Portuqaliyada Azərbaycan günləri keçiriləcək
Tarix: 20.10.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Orxan Salmanov: “Məqsədim Portuqaliyada öz
filmlərimlə yanaşı, Azərbaycanın kino incilərini də tanıtmaqdır”


Bu gün Azərbaycan diasporunun formalaşmasında və aktivliyində xaricdə yaşayan və təhsil alan gənclərimizin əhəmiyyətli rolu var. Onlar yeni yaratdıqları ictimai birliklərdə Azərbaycanın təbliği istiqamətindən müxtəlif layihələr həyata keçirirlər. Müsahibimiz Orxan Salmanov Portuqaliyada bu baxımdan fəallıq göstərir. Xatırladaq ki, Orxan Salmanov Bakıda doğulub.
Orta və ali təhsilini də Bakıda alıb. Sənəti kinorejissordur. 3 qısametrajlı filmin ssenari müəllifi və rejissoru olub. 1 uzunmetrajlı filmdə 2-ci rejissor, bununla yanaşı, teatrda tamaşa ssenari müəllifi və rejissoru olub. İkinci iş kimi teatrda butafor dekorçu kimi çalışıb. Hal-hazırda həyat yoldaşı ilə Portuqaliyanın Lissabon şəhərində yaşayır və öz sənətilə məşğuldur. Lissabonda bir ildir ki, fəaliyyətə başlayan “Dünya” ictimai birliyinin üzvüdür. Onu da deyək ki, bu təşkilat Portuqaliyada Azərbaycan üzrə fəaliyyət göstərən yeganə ictimai birlikdir.

- Portuqaliyada əsas hansı mövzuda çəkilişlər aparırsız?
-Hal-hazırda təhsilimi rejissorluq üzrə artırmaqla yanaşı, Lissabonda sənədli film çəkməyə hazırlaşıram.
- Azərbaycanlı gəncin Portuqaliyada kinorejissor olaraq uğur əldə etməsi nə dərəcədə asandır?
-Əlbəttə ki, Portuqaliyada rejissorluq sənəti üzrə uğur qazanmaq bir xarici vətəndaş olaraq çox çətindir.
- Ümumiyyətlə, Portuqaliyada gənclərə öz potensialını ortaya qoymaq üçün nə dərəcədə imkan yaradılıb?
-Portuqaliyada təhsilin yüksək səviyyədə olması ilə yanaşı, diplomlarının bütün Avropa ölkələrində keçərli olması, təbii ki, gənclərin gələcəyi üçün böyük bir avantajdır.Və buradakı təhsillə portuqal gəncləri daha aktiv, savadlı və daha yüksək intellektual səviyyəyə malikdirlər.
- Oradan Azərbaycanın film sahəsinin inkişafı necə görünür?
-Çox təəssüf ki, Azərbaycanın film sahəsi üzrə xüsusi bir uğuru olmadığına görə demək olar ki, portuqalların Azərbaycan filmi barəsində heç bir anlayışları yoxdur. Elə məhz mənim məqsədim “Dünya” ictimai birliyinin köməkliyi ilə öz filmlərim ilə yanaşı, Azərbaycanın kino incilərini də tanıtmaqdır. Bununla əlaqədar olaraq artıq bir neçə qərarlar alınıb. Azərbaycanın mədəniyyəti, musiqisi və kinosu ilə yerli camaatı tanış etmək üçün Azərbaycan günləri keçiriləcək.
-Portuqaliyalılar Azərbaycanı necə tanıyır?
-Ümumiyyətlə, sizə deyim ki, Azərbaycan haqqında portuqalların demək olar ki, çox az məlumatı var. “Eurovision-2012” mahnı müsabiqəsi və ilk Avropa Oyunlarının Azərbaycanın tanınmasında böyük rolu olub.
- Portuqaliyada Azərbaycanı təbliğ edəcək diasporumuz formalaşıbmı?
- “Dünya” ictimai birliyinin rəhbəri Eduardo Lemos bu baxımdan çox önəmli addımlar atıb. O, may ayında Azərbaycana səfər edib və Xarici İşlər Nazirliyi ilə diasporun yaradılması üçün danışıqlar aparıb. Portuqaliyada cəmi 27 azərbaycanlının yaşadığını nəzərə alsaq, biz də əlimizdən gələni əsirgəmirik. Bununla yanaşı, hal - hazırda diasporda mənimlə bərabər Lissabon Universitetinin Memarlıq fakültəsinin tələbələri, həyat yoldaşım Firəngiz Orucova ilə birlikdə Afət Məmmədzadə, Aydan Ağabəyli, Orxan Abbasovun Azərbaycan memarlığının tanınmasındakı köməyi çox böyükdür.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info