“ASAN Könüllüləri” əməkdaşlığa start verdi
Tarix: 20.10.2015 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


“ASAN Könüllüləri” təşkilatı ictimai birliyi və “Azərbaycan Şən və Hazırcavablar Klubu” ictimai birliyi arasında birgə əməkdaşlığa dair memorandumu imzalanıb.
İmzalanma mərasimində “ASAN Könüllüləri” Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək bildirib ki, ASAN könüllülərindən ibarət Şən və Hazırcavablar klubunun yaradılmasında əsas məqsəd könüllülərin asudə vaxtının düzgün təşkili və istedadlı gənclərin aşkarlanmasıdır və inanıram ki bu gənclər beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil edəcəklər.
“İnanıram ki, bu memorandum sayəsində Şən və Hazırcavablar Klublarının da ASAN standartı müəyyən olunacaq” bunu çıxışı zamanı “Azərbaycan Şən və Hazırcavablar Klubu”nun rəhbəri Rəşad Əzizov bildirib.
Həmçinin Rəşad Əzizov Şən və Hazırcavablar Klubları arasında ümumrespublika çempionatında növbəti mərhələlərin vaxtını açıqlayıb. Qeyd edib ki, “ASAN Könüllüləri Kuboku” uğrunda Şən və Hazırcavablar Klubları arasında çempionat 8 noyabrda başlayacaq. 8 Noyabr – Ümumdünya Şən və hazırcavablar günündə start götürəcək çempionatda Azərbaycanda fəaliyyət göstərən ŞHK-lar iştirak edəcək. Çempionatın birinci mərhələsindən uğurla keçəcək komandalar, beynəlxalq komandaların da iştirak edəcəyi ikinci mərhələyə vəsiqə qazanacaq.
Qeyd edək ki, əməkdaşlıq memorandumunun əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmin edilməsi ilə tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq və ölkə gənclərində sağlam yumor hissinin formalaşdırılmasını, gənclər arasında yumoristik tənqidi təfəkkürün formalaşmasını təmin etməkir.
İmzalanmış memoranduma əsasən ASAN könüllüləri, AzŞHK tərəfindən təşkil olunacaq yerli və beynəlxalq tədbirlərin təşkilinə cəlb olunacaq. Həmçinin tərəflər, birgə layihələrin, konfransların, seminarların və ölkə ərazisində fəaliyyət göstərən klublar arasında çempionatların keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Əməkdaşlıq memorandumu tərəflərdən “ASAN könüllüləri” təşkilatı ictimai birliyinin sədri cənab Fərid Sadıxlı və Azərbaycan Şən və Hazırcavablar Klubun rəhbəri cənab Rəşad Əzizov tərəfindən imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info