“Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması çox əhəmiyyətli dönüş nöqtəsi olacaq”
Tarix: 20.10.2015 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək üçün Milli Məclisə göndərdiyi qanun layihəsi Azərbaycanda iqtisadi proseslərdə çox əhəmiyyətli bir dönüş nöqtəsi olacaq”.
Bunu “Trend”ə Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinə münasibətini bildirərkən deyib.
Deputat qeyd edib ki, Azərbaycan hökuməti daim ölkədə biznes mühitinin yaxşılaşması, sahibkarlığa dəstək üçün tədbirlər görüb: “Cənab Prezident həm hökumətin iclaslarında, həm ictimaiyyət qarşısında çıxışlarında daima bu məsələni xüsusilə vurğulayıb. Prezident İlham Əliyev dəfələrlə sahibkarların əsassız yoxlanılmasına son qoyulmasını, bu prosesin bir sistemə salınması məsələsini qaldırıb. Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələ bir daha vurğulandı. Dünən Prezident İlham Əliyevin sahibkarların yoxlanmasının iki il müddətinə dayandırılması ilə bağlı etdiyi təklif Azərbaycanda böyük əks-səda doğurdu. Çünki bu, əsassız yoxlamaların qarşısını alacaq, sahibkarların investisiya qoyması üçün münbit şərait yaradacaq”.
A.Mirzəzadə bildirib ki, sahibkarların yoxlanılmasının dayandırılması eyni zamanda, vergi ödənişlərinin artmasına da səbəb olacaq: “Bu, eyni zamanda, sahibkarlar təbəqəsinin dövlətlərinə inamının daha da artmasına səbəb olacaq. Yoxlamaların dayandırılması biznes sahəsinin daha da genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq onların həm yeni iş yerləri yaratmasına, həm də yeni investisiyalar qoymasına imkan verəcək”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info