Kamal Abdullayev Afinada beynəlxalq konfransda
Tarix: 20.10.2015 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Yunanıstanın Xarici İşlər Naziri Nikolaos Kotziasın dəvəti ilə 18-20 oktyabr tarixlərində Afinada keçiriləcək “Dini və Mədəni Pluralizm və Orta Şərqdə Sülh içində Mövcudluq” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu ölkəyə səfər edib.
Yunanınstanın dövlət və hökumət rəsmilərinin, müxtəlif ölkələrdən olan dini liderlərin və siyasi xadimlərin iştirak etdiyi Konfransda Dövlət müşaviri bu gün “Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi” adlı məruzə ilə çıxış edib.
Məruzədə akademik Kamal Abdullayev ölkəmizdəki milli və dini müxtəliflik və bu müxtəlifliyin qorunması üçün dövlət tərəfindən həyata keçirilən siyasətlə bağlı geniş informasiya verib. Azərbaycanda multikultural təhlükəsizliyin dövlət təminatı və əsas prinsiplərindən bəhs edərək bildirib ki, Azərbaycanda multikultural təhlükəsizliyin prinspləri ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi, ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək göstərilməsidir.
Bundan əlavə Dövlət müşaviri ölkəmizdə yaşayan azsaylı xalqların öz dillərində təhsil almaları, öz dillərində mətbuat orqanlarının olması, bu toplumların dillərində kitab çapı, dövlət radio və televiziyasında azsaylı xalqların dilinin, mədəniyyətinin qorunması üçün yaradılan imkanlar haqda məruzəsində qeyd edib.
Çıxışında Kamal Abdullayev Azərbaycanda etnik-mədəni müxtəlifliyin qorunması ilə bağlı görülən işlər çərçivəsində Azərbaycanda Yunan icmasından, hazırda Azərbaycanda 700-dən çox yunanın yaşamasından, 1994-cü ildən Azərbaycanda “Arqo” adlı yunan icmasının fəaliyyət göstərməsindən, 1999-cu ildən Bakı Slavyan Universitetində “Yunanşünaslıq” ixtisasının sonra isə “Yeni Yunan Dili və Mədəniyyəti Mərkəzini” açılmasından ətraflı şəkildə bəhs edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info