Əli Həsənov: “Seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoyanlara müqavimət göstərin“
Tarix: 20.10.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


“İnanıram ki, gənclər təşkilatları yeni seçkiyə qatılacaq gənclər, ümumiyyətlə, gənclərin seçkilərdə iştirakı ilə bağlı iş aparacaqlar. Prezident İlham Əliyev də deyib ki, bizə məsuliyyətli gənclik lazımdır”. Bunu bu gün Prezident Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə parlament seçkilərində gənclərin iştirakı ilə bağlı gənclər təşkilatları ilə keçirilən görüşdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.
Ə. Həsənov deyib ki, I Avropa Oyunlarında gənclər üzərlərinə böyük məsuliyyət və yük götürüb. Avropa Oyunlarında formalaşan könüllülər avanqard kimi digər gəncləri arxasınca aparmağa qadirdir: “Biz çağırış edirik ki, bütün Azərbaycan gəncliyi seçkilərdə yaxından iştirak etsin. Bu gün sosial şəbəkələrdə, daxili və beynəlxalq mətbuatda Azərbaycandakı seçkilərlə bağlı müzakirələr gedir. O cümlədən seçkidən sonra seçkinin, "exit-poll"ların nəticələri ilə bağlı müzakirələr gedəcək. Azərbaycanda seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoymuş yerli və xarici qurumlara və şəxslərə müqavimət göstərin. Sadəcə, gördüklərinizi təbliğ edin, sizdən başqa heç nə istəmirik. Namizədlərlə görüşlərdə fəal olub, problemlərinizi nəzərə çatdırın ki, gənclərlə bağlı iş deputat seçildikdən sonra fəaliyyətlərində əsas istiqamətlərdən biri olsun. Arzu edirəm ki, hər biriniz vətəndaş məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəsiniz”.
Ə. Həsənov qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, suverenliyinin qorunması üçün qətiyyətli mövqe nümayiş etdirir. Bizim vəzifəmiz odur ki, Azərbaycan dövlətini qoruyaq. Hər bir dövlət vətəndaşlarının maraqlarını təmsil edir və beynəlxalq münasibətlərdə də bu marağa söykənərək siyasət yürüdür. Siz gənclər də Azərbaycan dövlətinin qorunmasında, seçkilərdə iştirakda fəal olmalısınız”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info