Azərbaycanlı gəncin ixtirası beynəlxalq elm jurnalında nəşr olunub
Tarix: 20.10.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Son illərdə azərbaycanlı gənclərin uğurları ilə bağlı xəbərlər sıralanmaqdadır. Kəşflər, dünyanın müxtəlif nüfuzlu qurumlarında iş fəaliyyətlərindən tutmuş, elmi məqalələrin çapına qədər olan bir sıra mühüm nailiyyətlərə imza atan bu gənclər uğur formulunun sirrini də həmyaşıdları üçün açıqlayırlar. Bu günlərdə daha bir aktiv gəncimizin uğuru gündəmdə yer alıb. Bu Türkiyədə "Yüksek Texnologiyalar" ixtisası üzrə magistr pilləsində təhsil alan tələbəmiz Aytək Məmmədlidir. Belə ki, "Beynəlxalq Toz və Borulu Maddələr" sempozyumunda "Karbon Nanomateriallarının Metallı Birləşmələrinin Amonyak parçalanmasında istifadəsi" mövzusunda məqalə ilə çıxış edən gəncimiz daha sonra nüfuzlu beynəlxalq jurnalda eyni adlı məqalənin dərci üçün dəvət alıb. Məqalənin birinci hissəsi nanomaterialların və onların metallı birləşmələrinin istehsalı, tibdə-xərçəngin müalicəsində və sənayedə tətbiqini əhatə edir. Onu da qeyd edək ki, diplom müdafiəsinə hazırlaşan Aytək Məmmədli bir neçə müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Kaliforniya Texniki Universitetində "Tibbi Nanotexnologiya" ixtisası üzrə doktorantura pilləsində təhsil almaq hüququ qazanıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info