4,5 min nəfərə yaxın əlilliyi olan şəxs və şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilib
Tarix: 20.10.2015 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial cəhətdən həssas qruplardan olan şəxslərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi istiqamətində işlər cari ilin 9 ayında da davam etdirilib.
Bu dövrdə “2015-ci il ücün əlillərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram”ı cərcivəsinə sosial müdafiəyə daha çox ehtiyacı olan 400 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib. Habelə 14 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına, Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası”nın müvafiq rəyi əsasında 39 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə birdəfəlik maddi yardım ödənilməsi qaydasında köməklik göstərilib.
Yanvar-sentyabr aylarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, Çernobıl AES-də baş vermiş qəzanın 29-cu ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxsə birdəfəlik maddi yardım ödənilib. Həmçinin 15 Sentyabr–Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan 1492 ailədəki 3117 uşağa görə həmin ailələrə birdəfəlik maddi yardım verilib.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info