Azərbaycanın sığorta bazarı 8 faiz artıb
Tarix: 20.10.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə 339,3 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 8% çoxdur.
9 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 127,4 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37,6 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-sentyabr aylarında 37,1 manat olub.

Həyat sığortası bazarında yığım 16%, ödəniş 45% artıb

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,3%-i və yaxud 89,1 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16% böyüyüb.
Həyat sığortasındakı yığımların 57%-i və yaxud 50,8 milyon manatı həyatın yaşam sığortasının, 30,5%-i və yaxud 27,15 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11%-i və yaxud 9,85 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1%-i və ya 991 min manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,4%-i və ya 330 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
9 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 34,2 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 26,8%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 45,1% çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 89,6%-i və yaxud 30,6 milyon manatı həyatın yaşam sığortasının, 5,4%-i və yaxud 1,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 5%-i və yaxud 1,7 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38,3 manat ödəniş həyata keçirilib. 2014-cü ilin yanvar-sentyabr aylarında bu rəqəm 30,6 manat olub.

Qeyri-həyat sığortası bazarında yığım 5,4%, ödəniş isə 0,5% artıb

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 250,2 milyon manatı və ya 73,7%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 5,4% böyüyüb.
Qeyri-həyat sığortası üzrə yığımların 23,3%-i və ya 58,3 milyon manatı avtomobillərin icbari sığortasının, 20,3%-i və ya 50,8 milyon manatı tibbi sığortanın, 9,6%-i və ya 23,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 9,2%-i və ya 23 milyon manatı kasko sığortasının, 8,8%-i və ya 22 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 28,8%-i və ya 72,2 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
9 ay ərzində sığorta ödənişlərinin 73,2%-ni və ya 93,3 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,5% çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,8%-i və ya 37,1 milyon manatı tibbi sığortanın, 26,2%-i və ya 24,5 milyon manatı avtomobillərin icbari sığortasının, 19,8%-i və ya 18,4 milyon manatı kasko sığortasının, qalan 14,2%-i və ya 13,3 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,3 manatı ödəniş edilib. 2014-cü ilin ilk 9 ayında bu rəqəm 39,1 manat olub.

Sığorta bazarının 62%-i könüllü formalaşıb

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,3%-i və ya 211,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 3,5% çoxdur.
İcbarı sığorta növlərində yığım isə 128 milyon manat və ya bazarın 37,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 16,3% böyüyüb.
9 ayda ümumi ödənişin 74,5%-i və ya 94,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 10,5% artıb.
İcbari sığorta növləri üzrə ödəniş isə 32,5 milyon manat və ya ümumi bazarın 25,5%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,7% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,9 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə bu rəqəm 42,1 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,7 manatdan 25,4 manata düşüb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info