Nazirlik tərəfindən insan alveri qurbanlarına yardımlar göstərilib
Tarix: 20.10.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin yanvar-sentyabr aylarında 61 nəfər şəxsə maddi, tibbi, psixoloji, hüquqi və s. yardımların göstərilməsini təmin edib. Onların 43 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 18 nəfəri isə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslər olub. Həmin insanlardan 17 nəfəri psixoloji, 15 nəfəri hüquqi, 7 nəfəri tibbi yardımla, 5 nəfəri sığınacaqla təmin edilib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edilərək, həmin şəxslərdən 8 nəfərinin məşğulluğunun təmin olunmasına, 12 nəfərinin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmasına köməklik göstərilib. Zəruri olduğu hallarda qeyd olunan şəxslərin bir qismi eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər. Hazırda insan alveri qurbanlarının və insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslərin bir hissəsi ilə işlər davam etdirilir. Hesabat dövründə insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən respublikamızın 20 rayon və şəhərində əsasən gənclərin iştirakı “İnsan alverinə yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri də həyata keçirilib.

Qorqud







 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info