Qazaxıstanlı professor Naxçıvan Universitetində ustad dərslərində iştirak edib
Tarix: 20.10.2015 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Böyük İpək Yolu adlanan və tarixən ölkələr, xalqlar arasında iqtisadi, ticarət və mədəni əlaqələrin həyata keçirilməsində müstəsna əhəmiyyəti olan bu yolun keçdiyi ərazilərdən biri də Şərqlə Qərb arasında mühüm məntəqə sayılan, Azərbaycanın qədim zamanlardan inkişaf etmiş mədəniyyət, ticarət, sənətkarlıq mərkəzlərindən olan Naxçıvan ərazisidir.
Bu fikirləri Naxçıvan Universitetində keçirilən ustad dərslərində “Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” adlı beynəlxalq konfransın iştirakçısı olan Qazaxıstan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun professoru Erbulat Smaqulov səsləndirib.
Erbulat Smaqulov “İpək Yolu üzərində yerləşən ölkələrin tarixi, arxeoloji abidələri” mövzusunda mühazirəsində bildirib ki, Yaxın Şərqin ticarət mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və Uzaq Şərq ölkələrini əlaqələndirən əsas karvan yollarından biri Naxçıvan ərazisindən keçib. Naxçıvan bölgəsi nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz üçün çox mühüm geostrateji mövqedə yerləşən ərazidir. Muxtar respublika blokadada olmasına baxmayaraq, möhtəşəm inkişafa nail olub. Bu qədim diyarın böyük turizm potensialı, qədim tarixi abidələri Naxçıvana olan marağı artırıb.
Erbulat Smaqulov daha sonra Qazaxıstanda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən tarixi abidələr və hazırda araşdırması davam etdirilən işlər barədə də tələbələrə məlumat verib.
Naxçıvan Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynovanın “Mir Cəlalın bədii əsərlərinin dil və üslub xüsusiyyətləri”, Türkiyənin Ərzurum Atatürk Universitetinin professoru Kerem Karabulutun “Türkiyə iqtisadiyyatının tarixi barədə” mövzularında keçdikləri ustad dərsləri tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info