“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında“ qanun qəbul edildi
Tarix: 20.10.2015 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Milli Məclisin iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsi müzakirə olunub. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, qanun layihəsinə sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır.
Daha sonra sənəd səsə qoyularaq qəbul olunub.
Qanun layihəsi 4 maddədən ibarətdir.
Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub.
Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.
Layihədə göstərilib ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.
Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

“2016-cı ilin dövlət büdcəsi haqqında” qanun qəbul edidi

İclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi qəbul edilib. Qanun layihəsi qəbul olunmadan öncə maliyyə naziri Samir Şərifov millət vəkillərinin qaldırdığı bir sıra məsələlər toxunub. S.Şərifovun sözlərinə görə, millət vəkillərinin irəli sürdüyü bəzi təkliflər hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olub. Nazir əlavə edib ki, millət vəkillərinin konkret xərc tələb edən məsələlər barədə təklifləri ətraflı öyrənilib: "Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artımın Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənara qalması ilə bağlı idi ki, həmin güzəşt tətbiq olan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9 %çərçivəsində artmasına səbəb olacaq”.
Maliyyə nazirinin çıxışından sonra büdcə layihəsi səsə qoyularaq qəbul edilib. Milli Məclis IV çağırışda işini başa vurub. Qeyd edək ki, parlamentin son plenar iclası bu iclasla işini yekunlaşdırıb. Sonuncu iclasda 34 məsələ müzakirə edilərək qəbul olunub.

İlkin








 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info