Diasporumuz da Əkrəm Əylislini qınayır
Tarix: 09.02.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Bülənt Gürçam: “Ölkə prezidentinin Əkrəm Əylisli ilə bağlı verdiyi qərarları tamamilə dəstəkləyir və alqışlayıram”

Keçmiş Xalq yazıçısı Əkrəm Əylislinin məlum əsəri həm dövlətimizin, həm də diasporumuzun Azərbaycan həqiqətlərinin təbliği istiqamətində apardığı işlərə mənfi təsir göstərə bilər. Bu üzdən ölkə daxilində olduğu kimi, diasporumuzda da bu əsərə görə ciddi narahatlıq var. Buna görə diasporumuz Ə.Əylislini bu əsəri yazdığına görə qınayır və ölkə başçısının onunla bağlı verdiyi son qərarları alqışlayır. “Belçika-Azərbaycan Evi” diaspor təşkilatının sədri Bülənt Gürçam “Palitra”ya açıqlamasında haqlı davamızın, öz vətandaşımız tərəfindən ləngidilməsinə razılıq verə bilmədiklərini bildirdi: “Mən ölkə prezidentinin Ə.Əylisli ilə bağlı verdiyi qərarları tamamilə dəstəkləyir və alqışlayıram. Prezidentimiz özünün səlahiyyətlərindən düzgün istifadə edib”.
Onun fikrincə, Ə.Əylisli Xalq yazıçısı adına layiq deyildi: “Bu barədə mən sosial şəbəkələrdə də rəyimi bildirmişəm. Onsuz da elə özü də buna razıdır. Məncə, ölkənin milli dəyərləri, ərazi bütövlüyü, bayrağı və millətini təhqir edən bir adam, o ölkənin rəmzlərindən istifadə edə bilməz. Amma yazıçı kimi qala bilər, istədiyini yaza bilər. Lakin ölkənin nişanın, ürəyinin üstündə gəzdirə bilməz. Heyf ki, ölkəmizdə belə insanlar var. Onu da deyim ki, Əkrəm tək deyil, məncə!!!”.
Biz erməni məsələsində çox zəif işləyirik. Onlar qədər təşkilatlanmamışıq, informasiya şəbəkəmiz zəifdir və tez atəşlənirik. Avropa və dünya belə hərəkət etmir. Hər şey vaxtında və mütəşəkkil edilir, effekt də verir. Biz isə saman alovu kimi tez qızışıb, tez də sönürük”.
Soydaşımıza görə, insanın düşünməsi və yazması müstəqil olmalıdır: “Amma insan həqiqəti yazmalıdır. Düzdür, mən əsəri oxumamışam. Amma təbii ki, duyduqlarım qədərilə əsərdəkilərlə razı olmamızın söhbəti belə çirkindir. Bizlər uzun illərdən bəri erməni zülmündən, yurdundan-yuvasından ayrılan və dünyanın dörd bir yanına səpələnmiş Azərbaycan türkləriyik. Mən, şəxsən özüm, İrəvandan sürgün edilib Türkiyəyə yerləşən bir azəri türkü ailəsindənəm. Atamın anadan olduğu yerdir İrəvan və hal-hazırda ermənilər yaşayır orada. Biz bunları, Qarabağımızı, Təbrizimizi, Dərbəndimizi və 4 bir tərəfə səpələnmiş 50 miliyon Azərbaycan türkünün haqq davasını yaşadığımız ölkələrdə təbliğ edirik. Bu zülmün bizə erməni daşnakların və ona kömək edən ölkələrin əliylə edildiyini anlayırıq. Belə üç-beş qələm oyununa aldanacaq vəziyyətdə olmarıq”.
Hollandiyada “Avropa.az” radiosunun “Qürbətdən Vətənə” verilişinin aparıcısı, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndəsi Xatirə Sərdarqızı da Azərbaycan xalqının yazıçısının qələmindən belə bir əsərin yazılmasının utancverici olduğunu dedi: “Hər şey bir kənara, bu, erməninin çörəyinə yağ çəkməkdir. Çünki biz dünyada ermənilərin bizə qarşı törətdiyi soyqırımları, işgəncələri yaymağa və tanıtmağa çalışdığımız bir vaxtda, belə bir əsərin "Xalqın yazıçısı"nın qələmindən çıxması, sabah bunu ermənilərin əllərində bayraq edəcək. Məncə, Əkrəm bununla həm özünün quyusunu qazdı, həm də dünyada yaşayan azərbaycanlıların, diasporun erməni lobbisinə qarşı mübarizədəki əməyini yerə vurdu. Onsuzda biz erməni lobbisi qədər səsimizi eşitdirə bilmirdik”.
Onun sözlərinə görə, Əkrəmdən “Xalq yazıçısı” adının alınması çox doğru bir qərardır. “Ən azından ona görə ki, indi bu yazını “Xalqın yazıçısı” yox, heç olmasa, sadəcə yazıçı yazmış oldu”,-deyə o əlavə etdi.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Nikolayev vilayəti üzrə sədri, Nikolayev Şəhər soveti azsaylı xalqlar şurasının sədr müavini Xəyyam Həqiqətoğlu da yaşadığı ölkədəki soydaşlarımızın bu əsərə görə təəssüfləndiyini bildirdi: “Əlbəttə diaspor olaraq bizi bu əsər çox narahat edir. Çünki əsəri elə burada da bizim özümüzə qarşı, illərlə apardığımız diaspor fəalliyyətinə bir maneə sayıram. Əsər fakt kimi bizə qarşı ifşaya çevrilə bilər. Baxın, biz burada da həmvətənlərimizdən kömək gözləyirik və izah edirik ki, hər bir azərbaycanlıya görə əksər hallarda onu deyil, onun azərbaycanlı olmağı ön plana çəkilir. Yəni bir adama görə bütün millət ittiham olunur. Bu problemin nə qədər dərin olduğunu biz daha çox anlayırıq. Əsəri oxuyan başqa millət əsərdəki azərbaycanlı personajları deyil, millətin belə olduğunu düşünəcək”.
X.Həqiqətoğlu qeyd etdi ki, bu əsərin həm dövlətimizin, həm də diasporun erməni terrorunun ifşası istiqamətində aparılan işlərə mənfi təsirləri çox olacaq: “Çünki əsər həm fakt kimi bizə qarşı istifadə olunacaq, həm də dövlətimizin və diasporun apardığı siyasətin tərikib hissəsi olan ermənilərin nə qədər çirkin, qəddar, yaltaq bir millət oduğunu dünya ictimaiyyətinə çatdırdığımız bir vaxtda, başqa millətin nümayəndələri bu əsəri oxuyarkən bizim belə bir millət olduğumuzu düşünəcək. Bu isə bizim, əlbəttə ki gələcək fəaliyyətimizə maneələr törədəcək. Düşünmürəm, bu əsəri oxuyan başqa bir millətin nümayəndəsi azərbaycanlıya hörmətlə yanaşsın, Azərbaybaycan həqiqətlərini başa düşmək istəsin, faciələrimizə inansın”.
O, ermənilərin bu əsərdən xəbərsiz olmadığını düşünür: “Əsər çox böyük rezonans yaratdı və əlbəttə ki onlar da oxumamış deyillər. Artıq planları da var. Çox yəqin ki, gələcəkdə bizə qarşı fakt kimi istifadə olunsun”.
Onun fikrincə, Azərbaycanımızı, millətimizi əsərində zərrə qədər də aşağılayan yazıçının “Xalq yazıçısı” adını daşımağa haqqı yoxdur: “Odur ki, möhtərəm Prezidentimizin uzaqgörənliyindən, millətini bu qədər sevməsindən irəli gələrək Ə.Əylislini “Xalq yazıçısı” adından məhrum etməsini alqışlayıram.Yetər artıq, bizə zərbə vuranları başımızda tac etdiyimiz. Yazarlarımız millətimizin nə qədər humanist, ədalətli, qonaqpərvər olduğunu, eyni zamanda işğalçılıqla, genosidlə üzləşdiyini dünyaya çatdırmalıdırlar”.

Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info