“Azərbaycan və İran birgə müəssisə yaradır”
Tarix: 21.10.2015 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“Təbrizdə neft emalı zavodu fəaliyyət göstərir və biz razılaşdıq ki, zavodun istehsal etdiyi məhsulları birgə müəssisə yaratmaqla dünya bazarlarına çıxaraq”
“Azərbaycan və İran birgə müəssisə yaradaraq Təbriz neft emalı zavodunun məhsullarını dünya bazarlarına çıxaracaqlar”. Bunu “Trend”ə Bakıda səfərdə olan İranın Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə iqtisadiyyat və sənaye naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevlə görüşündən sonra deyib. İ.Cabbarzadə bildirib: "Təbrizdə neft emalı zavodu fəaliyyət göstərir və biz razılaşdıq ki, bu imkandan istifadə edərək zavodun istehsal etdiyi məhsulları birgə müəssisə yaratmaqla dünya bazarlarına çıxaraq. Bundan başqa, Rusiya və Orta Asiya bazarlarında fəaliyyət göstərmək üçün müştərək şirkət və müəssisələrin təsis edilməsi məsələsini müzakirə etdik”. O, həmçinin deyib ki, Bakıya səfəri çərçivəsində Azərbaycan və İran universitetləri arasında əməkdaşlığın inkişafı, tələbə və müəllim mübadiləsi, birgə elmi konfransların keçirilməsi, eləcə də iki ölkə arasında turizmin inkişafı məsələləri müzakirə edildi. Qeyd edək ki, Təbriz neft emalı zavodu sutkalıq 115 min barel neft emal edir. Zavodda gündəlik 3,3 milyon litr benzin, 1,4 milyon litr kerosin, 6,6 milyon litr qaz-neft və 4,1 milyon litr mazut istehsal olunur. Zavodda, həmçinin gündəlik 600 min litr maye qaz (LPG) emal edilir. Xatırladaq ki, İ.Cabbarzadənin Azərbaycana səfəri oktyabrın 19-da başlayıb. O, əvvəlcə Naxçıvanda olub, dünən isə Bakıda bir sıra görüşlər keçirib. Əyalət başçısı bu gün Gəncəyə gedəcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info